“Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilikidentiklik

 

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq yanvarın 18-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondurayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilikidentiklikmövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan icra hakimiyyəti başçısının müavini Aynur Abbasova Bilik Fondu ilə səmərəli əməkdaşlıqdan danışıb, mütəmadi olaraq elmi biliklərin müxtəlif sahələri üzrə təşkil edilən maarifləndirici mühazirələrin əhəmiyyətini qeyd edib. 

Tədbirdə çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev ölkə Prezidentinin imzaladığı sərəncamın əhəmiyyətini vurğulayaraq Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddət ərzində həyata keçirdiyi tədbirlərdən, müxtəlif illərdə cümhuriyyət tarixinin öyrənilməsinə laqeyd münasibətdən danışıb, tariximizin bu səhifəsinin tədqiqinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla əsaslandırıb.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilikidentiklikmövzusunda çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə ilk tarixçi filosof kimi qiymətləndirilən Abbasqulu Ağa Bakıxanov, faktiki olaraq elmin populyarlaşdırılması ilə məşğul olan Həsən bəy Zərdabi, fransız və alman fəlsəfəsinin dərin bilicisi kimi tanınan filosof Mirzə Fətəli Axundovun və digərlərinin yaradıcılığına ekskursiya edib, onların milli dirçəlişdəki rolundan söhbət açıb. Natiq Xalq Cümhuriyyəti dövründə Azərbaycanda maarifçiliyin fəlsəfi mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Mühazirəçi Azərbaycan Xalq Cümhuriyyəti banilərinin həm islam fəlsəfəsi, həm də dünya fəlsəfi fikir tarixi barədə kifayət qədər biliyə malik olmalarından və bu təfəkkür tərzinin yeni yaradılmış dövlətə milli çalar verməsindəki rolundan bəhs edib.

Sonda məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

 Azərbaycan.- 2018.- 20 yanvar.- S.7.