Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti
arasında səmərəli işbirliyi var
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO”
şirkətinin icraçı vitse-prezidenti və baş
maliyyə direktoru xanım Kelli Kramer ilə
görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər
verir ki,
görüşdə Azərbaycanın bir
çox dövlət qurumları ilə
“CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın
olduğu qeyd edildi. Bu şirkətin
ölkəmizdə həyata keçirilən infrastruktur
layihələrinin icrasında iştirak
etməsinin əhəmiyyəti vurğulandı. “CISCO”
şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində
ölkəmizin maraqlı olduğu bildirildi.
Azərbaycan.-
2018.- 23 yanvar.- S. 2.