Azərbaycan Davosda Mədəniyyət Nazirlərinin konfransında təmsil olunub

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrənin Davos şəhərində keçirilən Mədəniyyət Nazirlərinin konfransında iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Yüksək səviyyəli Baukultura doğrumövzusunda keçirilən konfransda şəhərsalma mədəniyyətinə vahidkompleks yanaşma məsələləri müzakirə edilib.

Konfransda açılış nitqi ilə İsveçrə Konfederasiyasının Federal Kansleri Alain Berset çıxış edib. Daha sonra iştirakçı nazirlər yekunda qəbul olunacaq bəyannamənin mətni ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Əbülfəs Qarayev tədbirdə çıxış edərək Azərbaycanda mədəniyyət və irs sahəsində həyata keçirilən islahatlar, habelə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və mədəniyyət sahəsində beynəlxalq layihələr barədə iştirakçılara məlumat verib.

İclas çərçivəsində nazir Ə.Qarayev bir sıra Avropa ölkələrinin nazirləri ilə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Konfransın sonunda Davos Bəyannaməsi qəbul olunub.

 

Azərbaycan.- 2018.- 23 yanvar.- S. 2.