OPEC-in baş katibi: “Biz Azərbaycanın OPEC və qeyri-OPEC
ölkələrinin bir araya
gətirilməsində liderlik rolunu yüksək qiymətləndiririk”
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş
katibi Məhəmməd
Barkindo ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Məhəmməd Barkindo görüşdə dedi: “Biz Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndiririk”.
Prezident İlham
Əliyev, öz növbəsində, Məhəmməd
Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes
ictimaiyyəti və ölkələrin gözləntilərinin
reallaşmasında mühüm rol oynadığını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanın bundan sonra da
OPEC ilə uğurlu əməkdaşlıq
həyata keçirəcəyinə əminliyini ifadə edərək
Məhəmməd Barkindonu ölkəmizə
səfərə dəvət etdi. OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul
etdi.
Azərbaycan.-
2018.- 24 yanvar.- S.2.