Azərbaycan “SUEZ GROUP”la əməkdaşlıq
etməkdə maraqlıdır
Yanvarın 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Davosda “SUEZ
GROUP” şirkətinin baş icraçı vitse-prezidenti və
“MEDEF International”ın Fransa-Azərbaycan Biznes
Şurasının sədri xanım Marie-Ange Debon ilə
görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, xanım Marie-Ange Debon Prezident İlham Əliyevə “SUEZ GROUP”un Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək ölkəmizdəki tərəfdaşlarla çox uğurla əməkdaşlıq etdiklərini bildirdi. Gələcək planlar barədə danışan Marie-Ange Debon Prezident İlham Əliyevə su, kanalizasiya və yağış sularının aradan qaldırılması sahələrindəki yeni texnologiyalar barədə məlumat verdi.
Prezident
İlham Əliyev “SUEZ GROUP”un gördüyü
işlərdən məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın gələcəkdə
də “SUEZ GROUP”la əməkdaşlıq
etməkdə maraqlı olduğunu qeyd etdi.
Azərbaycan.-
2018.- 24 yanvar.- S.3.