Metyu Piqas: “Lazzard Freres” şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir"
Yanvarın 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazzard
Freres” şirkətinin sədri və baş icraçı
direktoru Metyu Piqas ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Metyu Piqas “Lazzard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı.
Prezident
İlham Əliyev “Lazzard
Freres” şirkətinin ölkəmizdəki
fəaliyyətini müsbət qiymətləndirdi və onun Azərbaycanda gələcək fəaliyyətinin
də uğurlu olacağına əminliyini
ifadə etdi.
Azərbaycan.-
2018.- 24 yanvar.- S.3.