Səudiyyə Ərəbistanı ilə siyasi münasibətlər yüksək səviyyədədir
Yanvarın 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Davosda Səudiyyə
Ərəbistanının energetika, sənaye və təbii sərvətlər
naziri Xəlid Əl Falih ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xəlid Əl Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və rəğbət hissini dövlətimizin başçısına çatdırdı. O, Kralın Azərbaycan Prezidentinin bu yaxınlarda ona göndərdiyi məktubdan böyük məmnunluq hissi keçirdiyini bildirdi.
Prezident İlham
Əliyev məktubunda Krala və Səudiyyə
Ərəbistanına dərin hörmətini ifadə etdiyini, ölkələrimiz arasında tərəfdaşlıq
və əməkdaşlığın genişləndirilməsinə
hazır olduğunu vurğuladı.
Ölkələrimiz arasında siyasi
münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin
başçısı əməkdaşlığın
genişləndirilməsi üçün
perspektivlərin, iqtisadi, enerji
təhlükəsizliyi və ticarət sahələrində əməkdaşlıq
üçün yaxşı imkanların
mövcudluğunu bildirdi.
Söhbət zamanı OPEC çərçivəsində
əməkdaşlıqdan və SOCAR və “Saudi
Aramco” şirkətləri arasında
işbirliyindən danışıldı. Prezident
İlham Əliyev Səudiyyə Ərəbistanının
Kralı Salman bin
Əbdüləziz Al Səudun
salamlarına görə təşəkkür etdi, onun da
salamlarını Səudiyyə Ərəbistanının
Kralına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-
2018.- 24 yanvar.- S.3.