Bu il “Şahdəniz-2” yatağından
ilk qazın hasil olunacaq
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yanvarın 24-də Davosda
BP şirkətinin baş
icraçı direktoru
Robert Dadli ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.
Azərbaycan.- 2018.- 25 yanvar.- S.2.