Avstraliya İttifaqının
General-Qubernatoru Zati-aliləri
cənab Piter Kosqrova
Hörmətli cənab
General-Qubernator,
Ölkənizin milli bayramı – Avstraliya Günü münasibətilə Sizə
və bütün xalqınıza ən səmimi təbriklərimi
yetirirəm.
Azərbaycan-Avstraliya münasibətləri yüksələn
xətt üzrə inkişaf etməkdədir. İnanıram ki, dostluq əlaqələrimizin
möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada
əməkdaşlığımızın
dərinləşməsi yolunda
atdığımız addımlar
bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı
olacaqdır.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost Avstraliya xalqına
daim əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 yanvar 2018-ci il.
Azərbaycan.- 2018.-26 yanvar.-
S.1.