Hindistan Respublikasının
Prezidenti Zati-aliləri
cənab Ram Nat Kovində
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Azərbaycan-Hindistan əlaqələrinin dərin
tarixi kökləri və xoş ənənələri mövcuddur. İnanıram ki, ölkələrimiz arasında bu ənənələrə əsaslanan
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı və möhkəmləndirilməsi bundan
sonra da xalqlarımızın mənafelərinə
xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Hindistan
xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 yanvar 2018-ci il.
Azərbaycan.- 2018.-26 yanvar.-
S.1.