170 milyon manatlıq güzəştli kredit
Azərbaycan dövləti
bu il
də sahibkarlıq subyektlərinin formalaşmasına
geniş imkanlar yaradacaq
Qlobal və regional səviyyədə
mürəkkəb siyasi
və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi
hazırkı şəraitdə
Azərbaycanda biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması
və sahibkarlığın
inkişaf etdirilməsi
ilə bağlı həyata keçirilən
sistemli tədbirlər
xüsusilə böyük
əhəmiyyət kəsb
edir.
Prezident İlham Əliyevin iqtisadi strategiyasının
prioritet istiqamətlərindən
biri ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının “ölkəmizin
gələcək inkişafı
sahibkarlığın inkişafından
asılıdır” strateji
xəttinə uyğun
olaraq sahibkarlıq fəaliyyətinin genişlənməsinə
xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir.
Kiçik və Orta Sahibkarlığın
İnkişafı Agentliyi
- məqsəd və vəzifələr
2017-ci il
müasir Azərbaycan
tarixində bir sıra uğurlu hadisələrlə xüsusi
iz qoydu. Azərbaycan Prezidentinin apardığı balanslaşdırılmış
sosial-iqtisadi siyasətin
nə qədər doğru olduğu ötən il
bir daha təsdiqləndi. Çünki Azərbaycan postneft dövrünə sürətlə
keçməyin, çevik
iqtisadi islahatların şok effektlərsiz aparılmasının mümkünlüyünü
göstərdi, neft gəlirlərinin ötən
illər ərzində
düzgün məbləğlərdə
xərcləndiyini və
ehtiyatda lazım olduğu qədər saxlanıldığını sübut
etdi. Həmçinin
iqtisadi şaxələndirməni
qısa müddətdə
gerçəkləşdirməyin və dayanıqlı inkişafa nail olmağın
yollarını ortaya qoydu.
Ötən ildə
zəruri resurslar səfərbər olunmaqla
makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın
dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı
əmək bazarının
stabilləşməsinə, əhalinin sosial təminatının dəyişkən
valyuta bazarlarının
mənfi təsirlərindən
səmərəli qorunmasına,
yüksək rifahın
həlledici amillərindən
olan məşğulluq
imkanlarının genişləndirilməsinə
şərait yaratdı.
Dekabr ayının 28-də Prezident
İlham Əliyevin fərmanı ilə Kiçik və Orta Sahibkarlığın
(KOS) İnkişafı Agentliyinin
yaradılması isə
dövlət başçısının
bu sahəyə nə qədər diqqət göstəridiyini
bir daha təsdiqlədi.
Agentlik kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin
daha da təkmilləşdirilməsi
məqsədilə ölkədə
kiçik və orta sahibkarlığın
inkişafını dəstəkləyəcək,
dövlət orqanlarının
bu sahədə xidmətlərini əlaqələndirəcək
və tənzimlənməni
həyata keçirəcək. Yeni yaradılan
agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərəcək. Agentlik müvafiq
dövlət qurumları
və təhsil müəssisələri ilə
əməkdaşlıq quracaq
və tətbiqi elmlərin inkişafına
xüsusi diqqət yetirəcək.
Onu da vurğulayaq ki, bu agentliyin
yaradılması “Azərbaycan
Respublikasında kiçik
və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının
istehsalına dair Strateji Yol Xəritəsi”ndə
müəyyən edilib.
Şəhər və
rayonlarda kiçik və orta sahibkarlıq
evləri yaradılacaq
Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri
çərçivəsində KOS subyektlərinə müxtəlif
xidmətlər (o cümlədən
məsləhət xidməti,
satış və digər istiqamətlər
üzrə dəstək)
göstərirlər. Bununla belə,
beynəlxalq təcrübəyə
əsasən, KOS subyektlərinə
belə xidmətlərin
vahid mərkəzdən
göstərilməsi onların
həmin xidmətlərdən
daha səmərəli
istifadəsinə və
beləliklə, inkişafına
daha yaxşı imkan yaradır. Buna görə də
KOS-un İnkişafı Agentliyinin
yaradılması mühüm
əhəmiyyət kəsb
edir.
Yeni agentlik vasitəsilə
KOS-lara eyni zamanda bir neçə
istiqamətdə xidmətlərin
göstərilməsi planlaşdırılır
ki, bunun da nəticəsində idarəetmənin təkmilləşdirilməsi,
paralelliyin aradan qaldırılması, KOS-ların
fəaliyyətinin səmərəliliyinin
artırılması gözlənilir.
Agentliyin tərkibində
ölkənin iri rayon
və şəhərlərində
kiçik və orta sahibkarlara bir sıra xidmətləri
(təlim, məsləhət,
informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən kiçik və orta sahibkarlıq evləri yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət”
mərkəzləri, “ASAN xidmət”
mərkəzləri olmayan
regionlarda isə İqtisadiyyat Nazirliyinin
regional bölmələri vasitəsilə
həyata keçiriləcək.
Yoxlamaların dayandırılması
müddəti 2021-ci ilə
kimi uzadılıb
Ötən il respublikada biznes mühitinin əlverişliyini artırmaq
istiqamətində iqtisadi
islahatlar davam etdirilib. 2015-ci il
noyabrın 1-dən sahibkarlıq
sahəsində aparılan
yoxlamalar 2 il müddətinə dayandırılıb.
2017-ci ilin oktyabr
ayında isə yoxlamaların dayandırılması
ilə bağlı müddət 2021-ci ilə
kimi uzadılıb.
Sahibkarlara dövlət tərəfindən
güzəştli kreditlərin
verilməsi prosesində
də heç bir problem yaranmayıb.
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən sahibkarlara
verilən kreditlərə
gəlincə isə,
demək olar ki, ötən il fondun
tarixində ilk dəfə
olaraq dövlət büdcəsindən vəsait
ayrılmadan investisiya
layihələri maliyyələşdirilib.
Belə ki, 2017-ci ildə fond tərəfindən 1953 sahibkara
geri qaytarılan vəsaitlər hesabına
146 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən
istifadə etməklə
investisiya layihələrinin
reallaşdırılması 6600-dək yeni iş yerinin
açılmasına imkan
yaradır.
İqtisadiyyat Nazirliyinin
son məlumatına görə,
verilmiş kreditlərin
65 faizi respublikanın
regionlarının, 35 faizi
isə Bakı şəhərinin qəsəbələrinin
payına düşür.
Güzəştli kreditlərin
67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının
istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.
61 istehsal,
emal və infrastruktur müəssisəsi
fəaliyyətə başlayıb
Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən müvəkkil
kredit təşkilatları
vasitəsilə müasir
istehsal, emal və infrastruktur sahələrinin yaradılması
üzrə 48 investisiya
layihəsinin maliyyələşdirilməsinə
120,4 milyon manat güzəştli kredit verilib.
Qeyd edək ki, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə
fəaliyyətə başlayıb. Bu il 40-a yaxın bu cür müəssisənin
açılması gözlənilir.
Sahibkarların maarifləndirilməsi, nümunəvi
investisiya layihələrinin
təqdim olunması, güzəştli kreditlərin
verilməsi ilə bağlı 2017-ci ildə
3800 sahibkarın iştirakı
ilə 40 işgüzar
forum keçirilib.
Ümumilikdə indiyədək
layihələrin ümumi
dəyəri 4 milyard manatdan çox olan 34600 sahibkara 2,1 milyard manat
güzəştli kredit
verilib.
Bu il sahibkarlara güzəştli şərtlərlə
170 milyon manat kredit veriləcək
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Bu istiqamətdə daim praktiki addımlar atılır. Sahibkarlara
dövlət tərəfindən
güzəştli kreditlərin
verilməsi isə bu il davam etdiriləcək: “Bu məqsədlər üçün
170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir
ki, bu vəsait
vaxtilə verilmiş və qaytarılmış
kreditlər hesabına
təkrar veriləcəkdir.
Bu, ilk növbədə onu
göstərir ki, dövlətdən kredit alan sahibkarlar
öz məsuliyyətlərini
dərk edirlər və bu kreditləri
qaytarırlar. Digər tərəfdən
onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək
Milli Fonduna dövlət büdcəsindən
ayrılmış vəsait
işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara
güzəştli şərtlərlə
170 milyon manat kredit veriləcək”.
Prezident qeyd edib ki,
əgər layihələrin
sayı çoxalarsa,
bu məbləğ artırıla bilər. Çünki bu, sahibkarlığın,
regionların inkişafı
üçün çox
önəmli bir vasitədir və kreditlərin mütləq
əksəriyyəti bölgələrə,
iqtisadiyyatın real sektoruna
verilir.
Azərbaycanda güclü sahibkarlar ordusu
formalaşıb
Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır. Ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə, biznes forumlarının, sərgilərinin təşkili və digər tədbirlər sayəsində güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.
Bütün bunlar isə onu deməyə əsas verir ki, cənab İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, o cümlədən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər 2018-ci ildə də uğurlu nəticələr verəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 26 yanvar.-
S.1; 3.