Biznes icmalarının əməkdaşlığı iqtisadi əlaqələrin qurulmasına təkan
verir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yanvarın 26-da Çili Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Xose Manuel Silvanın etimadnaməsini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Xose Manuel Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xose Manuel Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı ikitərəfli
münasibətlərin inkişaf
etdirilməsinin önəmini
vurğulayaraq bununla bağlı Azərbaycan ilə Çilinin bir-biri haqqında daha çox məlumata malik olmasının zəruriliyini
qeyd etdi. Prezident
İlham Əliyev bildirdi ki, ölkələrimizin
biznes icmaları arasında əməkdaşlıq,
rəsmi səviyyədə
qarşılıqlı səfərlər,
beynəlxalq təşkilatlar
çərçivəsində fəal əməkdaşlığın
həyata keçirilməsi,
eyni zamanda, mədəni tədbirlər,
müxtəlif təqdimatlar
və sərgilərin
təşkil olunması,
xalqlar arasında münasibətlər yaxın
tərəfdaşlıq əlaqələrinin
qurulmasına kömək
edə bilər. Dövlətimizin başçısı vurğuladı ki, bütün bunlar, öz növbəsində,
iqtisadi əlaqələrin
qurulması işinə
təkan verər.
Bu işdə ticarət və investisiya imkanlarının
müəyyənləndirilməsi də mühüm rol oynaya bilər.
Səfir Xose Manuel Silva ölkəmizdəki
diplomatik fəaliyyəti
dövründə Çili
Respublikasının Prezidenti
Sebastian Pinyeranın tapşırığı
əsasında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsi
üçün səylərini
əsirgəməyəcəyini qeyd etdi.
Azərbaycan.- 2018.- 27 yanvar.- S.1.