Azərbaycan ilə Ekvador
arasında siyasi münasibətlər
yaxşı səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yanvarın 26-da Ekvador Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri German Alexandro
Orteqa Almeydanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir German Alexandro Orteqa Almeyda fəxri qarovul dəstəsinin qarşısından keçdi.
German Alexandro Orteqa Almeyda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Söhbət
zamanı Azərbaycan ilə Ekvador
arasında siyasi əlaqələrin
yaxşı səviyyədə olduğu bildirildi, ikitərəfli və çoxtərəfli
əlaqələrin inkişaf etdirilməsinin
vacibliyi vurğulandı. Qeyd
edildi ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə,
xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün
yaxşı imkanlar var.
Azərbaycan.- 2018.- 27 yanvar.- S.1.