“Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Standartlaşdırma, metrologiya,
akkreditasiya və
patent hüququ obyektlərinin
mühafizəsi sahələrində
idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının tətbiqi
ilə əlaqədar
qərara alıram:
“Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012,
¹ 4, maddə 283; 2014, ¹ 10, maddə
1204) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü, 4-cü və
5-ci hissələr ləğv
edilsin.
2. 6-cı hissə
aşağıdakı redaksiyada
verilsin:
“6. Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının
işçilərinin say həddi
112 ştat vahidi müəyyən edilsin.”.
3. Həmin fərmanla təsdiq edilmiş Əlavə I -
“Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsinin
strukturu”nun 2-ci, 3-cü və
4-cü hissələri ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 yanvar 2018-ci il
Azərbaycan.- 2018.-27 yanvar.-
S.2.