R.Ş.Rzayevin Azərbaycan
Respublikasının Səudiyyə Ərəbistanı
Krallığında, eyni zamanda,
Oman Sultanlığında, Yəmən
Respublikasında, Bəhreyn Krallığında fövqəladə
və səlahiyyətli səfiri və İslam
Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən
geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 yanvar 2018-ci il
Azərbaycan.- 2018.-30 yanvar.- S.6.