Azərbaycan Respublikası ilə Türkmənistan
arasında strateji tərəfdaşlıq
haqqında Bəyannamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası
ilə Türkmənistan
arasında strateji tərəfdaşlıq haqqında
2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış
Bəyannamə təsdiq
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 dekabr 2017-ci il
Azərbaycan.- 2018.- 30 yanvar.- S.6.