“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası Vergi
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
və bu qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2089) 1.2-ci bəndində “növbəti illər üzrə isə” sözlərindən sonra “, həmin ölkələrin və ya ərazilərin siyahısında dəyişiklik edilməsi zərurəti yarandıqda,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 yanvar 2018-ci il
Azərbaycan.- 2018.-31 yanvar.-
S.2.