Azərbaycan Respublikası hökuməti ilə
Türkiyə Respublikası hökuməti arasında naviqasiya, hidroqrafiya və okeanoqrafiya sahələrində əməkdaşlıq
haqqında Protokolun təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında naviqasiya, hidroqrafiya və okeanoqrafiya sahələrində əməkdaşlıq haqqında 2017-ci il dekabrın 6-da Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Bu fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar
2018-ci il
Azərbaycan.- 2018.-31 yanvar.- S.2.