“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli
108 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 6, maddə 420; 2010, ¹ 3, maddə 183; 2011, ¹ 3, maddə 173; 2012, ¹ 12, maddə 1246) 1-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar
2018-ci il
Azərbaycan.- 2018.-31 yanvar.-
S.2.