“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının yeni tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 637; 2011, ¹ 12, maddə 1161; 2013, ¹ 6, maddə 703, ¹ 9, maddə 1088; 2014, ¹ 4, maddə 404, ¹ 7, maddə 864; 2016, ¹ 4, maddələr 738, 750) 1-ci hissəsində “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri” sözləri ilə, “Elman Gərayzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri” sözləri “Qulu İmanquliyev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri” sözləri ilə, “Vaqif Eyvazov” sözləri “Cavanşir Alxasov” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Kimya elmləri” sözlərindən əvvəl “vitse-prezidenti,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 yanvar 2018-ci il
Azərbaycan.- 2018.-31 yanvar.-
S.2.