Yeni Azərbaycan
Partiyası ölkəmizin
alternativsiz siyasi gücüdür
Ötən əsrin 90-cı illərinin
əvvəllərində ölkədə
yaranmış ağır
siyasi-iqtisadi durum, dövlətin
idarəçiliyində olan
dərin boşluqlar, vətəndaşların gündən-günə
daha da pisləşən
sosial vəziyyəti
o dövrü yaşamış
hər kəsin yadındadır. Məhz belə məqamda
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması
cəmiyyətin haqlı
siyasi və sosial sifarişi idi.
Xalqın arzularının
təcəssümü, yekdil
iradəsinin ifadəsi
kimi tarixi reallıqdan irəli gələrək vətənpərvərlik,
əqidə birliyi, dövlət müstəqilliyi
və azərbaycançılıq
ideyalarının möhkəm
təməli üzərində
yaranan YAP Azərbaycanın
siyasi həyatına yeni nəfəs verdi. Elə
buna görə də YAP müxalifət partiyası kimi yaransa da, müxalifətdə
cəmi bir neçə ay qaldı. Milli mənafe və amalları, dövlətçilik
maraqlarının təmsilçisi
olmaq kimi müqəddəs amalı
özünün siyasi
idealı, əsas strateji xətti seçdiyi üçün
YAP tezliklə ən demokratik yollarla hakimiyyətə gəldi.
1993-cü ilin iyununda Bakıya gələn Heydər Əliyevin Prezident seçilməsindən sonra
YAP-ın statusu yeni şəraitə uyğun dəyişdi, ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmləndi,
kütləvi siyasi qüvvəyə çevrilərək
ictimai həyatın bütün sahələrində
tərəqqiyə nail olmaq
məqsədilə yüksək
fəallıq nümayiş
etdirməyə başladı.
Həmin
vaxtdan etibarən YAP Azərbaycanı düçar
olduğu təhlükə
və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü
fəaliyyətinə başladı.
Ölkənin milli maraqlarının
qorunması, təhlükəsizliyinin
təmin edilməsi, vətəndaş sülhünün
bərqərar olması,
problemlərin aradan qaldırılması, dövlət
quruculuğu, bir sözlə, bütün sahələrdə islahatların
aparılması Heydər
Əliyevin yürütdüyü
siyasi kursun ana xəttini təşkil edirdi. Öz parlaq zəkası, zəngin dövlətçilik təcrübəsi,
yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycanı
dağılıb məhv
olmaq təhlükəsindən
qoruyub saxlayan və bu dövlətin
bütün atributlarını
yaşadan Yeni Azərbaycan Partiyasının
banisi Heydər Əliyev Azərbaycan tarixinə həm də demokratik cəmiyyət qurucusu kimi yeni bir
imza ataraq müstəqillik yoluna yenicə qədəm qoymuş dövlətimizi
məqsədyönlü şəkildə
addım-addım irəli
apardı. Və o dövrdən başlayaraq
bugünkü inkişafın,
bugünkü güclü
Azərbaycanın təməli
qoyuldu.
Yeni Azərbaycan Partiyası bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin ideyalarını layiqincə
yaşadır, ölkənin
ictimai-siyasi həyatında
iştirakını əzmlə
davam etdirir. Bu mənada hər kəsin haqlı olaraq vurğuladığı
odur ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. 2003, 2008 və 2013-cü ilin oktyabr aylarında
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
kimi prezident seçkilərinə qatılan
cənab İlham Əliyevin qələbəsi
həm də YAP-ın zəfəri, nailiyyətidir. Xüsusilə
qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı,
onun ölməz ideyalarından güc alan Yeni
Azərbaycan Partiyasının
bütün seçkilərdə
mütləq qələbə
qazanaraq cəmiyyətdəki
lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Hər bir
seçki Azərbaycan
xalqının Heydər
Əliyev ideallarına
sədaqətini, ulu öndərin müəyyən
etdiyi strateji inkişaf kursunu bu gün də
əzmlə həyata
keçirən möhtərəm
Prezident İlham Əliyevin apardığı
siyasətin uğurlarına
ümumxalq inamını
təcəssüm etdirmişdir.
Xalqımız bu siyasətin
həyatımıza gətirdiyi
nailiyyətlərə, uğurlu
sabahına doğru inamla irəliləyən Azərbaycana səs vermişdir.
Ümumiyyətlə, 1993-cü ildən indiyədək ölkədə 5 prezident,
5 parlament, 4 bələdiyyə
seçkisi, 3 referendum keçirilmişdir. Hər bir
qələbənin məhz
YAP-ın namizədlərinin
qələbəsi ilə
başa çatması,
həmçinin referendumların
nəticələri YAP yüksək
reytinqinin və ən əsası, xalqın partiyası olmasının nəticəsi
kimi tarixə düşmüşdür. Ona görə seçkilərin
ortaya qoyduğu reallıqları nəzərdən
keçirsək, belə
bir amili qeyd etməliyik ki, hər bir
seçkinin nəticəsi
YAP-ın ölkəmizin
həyatında alternativsiz
siyasi güc olduğunu göstərib.
YAP-ın Azərbaycan cəmiyyətində
dayaqları ilk gündən
çox möhkəmdir.
Sıralarında 710 min nəfərdən artıq insanı birləşdirən partiyamız
xalqın bütün
nümyəndələrinin maraqlarını təmin edir. Elə bir bölgə,
rayon yoxdur ki, orada YAP yerli təşkilatları fəaliyyət
göstərməsin. Yeni Azərbaycan Partiyasının
ümumi məqsədlər
və amallar naminə uğurlu fəaliyyətində partiyanın
rayon təşkilatlarının da rolu danılmazdır.
Yanvarın 29-da yaranmasının
23-cü ili tamam olan YAP Ağdaş rayon təşkilatı da partiyanın yerli təşkilatı kimi ildən-ilə böyük
inkişaf yolu keçmiş, öz sıralarını daim genişləndirmiş, partiyamızın
proqram və prinsiplərinə uyğun
olaraq qarşıya qoyulan vəzifələrin
icrasını ləyaqətlə
yerinə yetirmişdir.
Hazırda YAP Ağdaş rayon təşkilatı partiyanın
proqram vəzifələrinin
həyata keçirilməsində,
rayonun siyasi-ictimai həyatında fəal iştirak edir.
Hazırda təşkilatımızda
birləşən YAP üzvlərinin
sayı 17 min 227 nəfərdir.
Ərazi
ilk partiya təşkilatlarının
sayı isə 77-dir. Müqayisə üçün
əminliklə qeyd etmək istərdim ki, bu gün
radlikal müxalifət
partiyalarının ümumilikdə
üzvlərinin sayı
YAP-ın bir rayon təşkilatının üzvlərinin
sayına çata bilməz. Üzvlərimizdən
8962 nəfərini, yəni
52 faizini qadınlar,
7287 nəfərini, yəni
42,3 faizini gənclər
təşkil edir. YAP Ağdaş rayon təşkilatı şurasının
tərkibi 35 nəfər,
idarə heyətinin tərkibi 17 nəfərdən
ibarətdir. Təşkilatımızın
hər bir üzvü rayonun ictimai-siyasi, iqtisadi, mədəni həyatında
və s. sferalarda fəal iştirak edir, öz əməlləri
ilə dövlətimizin
inkişafına xidmət
edir.
Təşkilatımız Ağdaş şəhərində
salınan yeni inzibati mərkəzdə inşa olunan müasir standartlara cavab verən inzibati binada fəaliyyət göstərir. 2014-cü il may ayının 1-də
Prezident İlham Əliyevin Ağdaşa səfəri zamanı Heydər Əliyev Mərkəzinin, Ağdaş
Rayon İcra Hakimiyyətinin
yeni inzibati binasının, meyvə emalı zavodunun, Gilan Yem Emalı
Zavodunun, elektrik stansiyasının, Ləki-Pirəzə-Xınaxlı
avtomobil yolunun açılışlarında iştirak etmiş, Bayraq meydanında yaradılan şəraitlə
tanış olmuşdur.
Cənab
Prezidentin rayonumuza səfəri zamanı bu yeni ünvanlarla
yanaşı YAP Ağdaş
rayon təşkilatının yeni inzibati binası
da istifadəyə verildi. İkimərtəbəli, 17 otaqlı binanın
inşasına 2012-ci ilin
avqust ayında başlanılmış və
vaxtında başa çatdırılmışdır. Bina müasir inventar və avadanlıqla təchiz edilmiş, foyedə ulu öndər, Yeni Azərbaycan Partiyasının
yaradıcısı Heydər
Əliyevin büstü
qoyulmuş, müxtəlif
tədbirlərin keçirilməsi
üçün böyük
akt zalı yaradılmışdır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində
yerləşir.
Respublikanın bütün bölgələrində
inşa olunan YAP rayon təşkilatlarının inzibati
binaları müasirliyi
ilə seçilməklə
yanaşı, həm də inşa olunduğu şəhərin
gözəlliyini artırır. Bu binalarda ən yüksək səviyyədə
işləmək üçün
hər cür şərait yaradılıb.
YAP Ağdaş rayon təşkilatının yeni
inzibati binası da bu baxımdan
mühüm əhəmiyyətə
malikdir. Bina orijinal
layihə, maraqlı memarlıq quruluşu ilə Ağdaş şəhərinin görkəminə
yeni çalarlar qatır.
Yanvarın 29-da inzibati binamızda keçirilən tədbirdə
YAP-ın və partiyanın Ağdaş
rayon təşkilatının keçdiyi inkişaf yolundan söz açıldı. Çıxış
edənlər bir fikri ümumiləşdirərək
bildirdilər ki, tarixi zərurətdən yaranan YAP ilk gündən ölkəmizin müstəqilliyinin
qorunması, dövlətçiliyinin
möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar
olunmasında siyasi flaqman rolunu öhdəsinə götürmüş
və bu vəzifələrin yerinə
yetirilməsində möhtəşəm
uğurlara imza atmışdır. Qeyd olundu
ki, bu gün
YAP Azərbaycanın əsas
aparıcı siyasi qüvvəsidir. YAP bundan
sonra da Prezident İlham Əliyevin siyasətinə
uyğun olaraq Azərbaycanın qüdrətlənməsinə,
dövlətçiliyimizin inkişafına xidmət edəcək.
Çıxışlarda bildirildi ki, YAP Ağdaş rayon təşkilatı ildən-ilə fəaliyyətini daha da canlandırmış və hər seçkidə fəal olmuşdur. Həm seçicilər arasında maarifləndirmə işlərinin aparılmasında, həm də YAP-ın təbliğatının həyata keçirilməsində partiyanın Ağdaş rayon təşkilatı tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Bütün bunlar hər seçkidə Ağdaş rayonu üzrə YAP-ın qələbəsinin təmin edilməsində mühüm rol oynamışdır.
Bu gün YAP Azərbaycanın əsas aparıcı siyasi qüvvəsidir. Partiyamız bundan sonra da Prezident İlham Əliyevin siyasətini müdafiə edərək Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət göstərəcək. Əminliklə qeyd etmək istəyirəm ki, YAP Ağdaş rayon təşkilatı da partiyanın proqram və nizamnaməsinə uyğun olaraq qarşısında dayanan vəzifələri hər zaman layiqincə yerinə yetirəcək.
Cavid OSMANOV,
Milli Məclisin
deputatı,
YAP Ağdaş rayon
təşkilatının sədri
Azərbaycan.- 2018.- 31 yanvar.- S.3.