Paris “Haute Couture
Fashion” həftəsinə qoşulan
“Nargis” jurnalı 5 yaşını qeyd edib
“Nargis” jurnalı Azərbaycanın
Fransadakı səfirliyinin,
“Tattigner Champagne”, “BF Travel”, “Gyunel”, “Le Louis XV”, “Maison Samadi” şirkət və markalarının birgə təşkilatçılığı
ilə Parisdə təşkil edilən
“Haute Couture” moda həftəsi
çərçivəsində təntənəli şəkildə
5 yaşını qeyd
edib.
Azərbaycan Mədəniyyət
Mərkəzində keçirilən
tədbirdə ölkəmizin
Fransadakı səfiri
Rəhman Mustafayev, Azərbaycan əsilli fransız aktyor Rober Hossein, onun həyat yoldaşı aktrisa Kandis Patu, Sen-Klu
şəhərinin meri
Erik Berdoati, moda aləminin Jan-Klod Jitrua, Stefan Rollan, Yasin Samoylov, Tilman Grav, Liviya
Stoyanova, Marcello Jones, Brigitte Sabi, Kristof Gilerme
kimi tanınmış
üzvləri, “Dior” muzeyinin
direktoru Filipp Lö Moll, “Damiani”, “Bulgari”, “Van Cleef & Arpels”, “Chanel”, “Louis Vuitton”,
“Piaget” kimi məşhur
markaların nümayəndələri,
moda sahəsində məşhur beynəlxalq nəşrlərin baş
redaktorları, moda tənqidçiləri, eləcə
də biznes və sənət dünyasında tanınmış
şəxslər iştirak
ediblər.
“Nargis” tədbir çərçivəsində
1934-cü ildən fəaliyyət
göstərən “Studio Harcourt Paris” əfsanəvi fotostudiyasını
əməkdaşlığa dəvət edib. Fotostudiyanın satış direktoru Paulina
Rust-Johnkman ilk dəfə
fotolarında loqosunu “Nargis” jurnalının adı ilə birgə yerləşdirməyə
razılıq verib.
Tədbir iştirakçıları “Nargis” və “Harcourt” loqoları ilə xatirə fotoları çəkdiriblər.
“Nargis”in
yaradıcılıq axtarışı
və inkişaf tarixinə həsr olunmuş maraqlı fotosərgi, musiqi proqramı, Azərbaycan və xüsusilə də “Nargis” üçün çalışan
“Gladys Perint Palmer” kimi
beynəlxalq fotoqrafların
və illüstratorların
əsərləri, isti
və səmimi mühit tədbir iştirakçılarının yaddaşında uzun müddət qalacaq.
Ülviyyə Mahmudovanın
eskizləri əsasında
kukla hazırlayan gənc usta Günay İbrahimova sərgi çərçivəsində
işlərini təqdim
edib.
Paris moda
həftəsi çərçivəsində
Azərbaycanın 5 yaşlı
“Nargis” jurnalı dünyanın nəhəng
moda evləri ilə eyni sırada
dayandı. Jurnalın baş redaktoru
Ülviyyə Mahmudova
və moda şöbəsinin redaktoru
Leyla İmanova moda paytaxtında keçirilən moda nümayişlərində iştirak
ediblər.
“Christian Dior” moda
evinin nümayişinin
ilk sırasında “Nargis”in
nümayəndələri Olivia Palermo,
Monika Bellucci, Vincent Cassel, Alla
Verber, Evelina Khromtchenko, Naomi Campbell, Emanuele
Farneti kimi ulduzlar və moda dünyasının tanınmış ekspertləri
ilə eyni sırada dayanıb.
“Nargis” jurnalı moda həftəsinə Azərbaycandan
ilk dəvət alıb
və rəsmi olaraq “Fashion Week” media sisteminə
müstəqil nəşr
kimi daxil olub. Bu nailiyyət ölkəmizdə moda
media sənayesinin inkişafı
və Avropada ölkəmizin mədəniyyətinin
təbliği üçün
böyük əhəmiyyət
kəsb edir.
“Nargis” jurnalının əsas məqsədi moda sənayesinin və media qruplarının nümayəndələrini
oxucularına, eləcə
də Azərbaycanın
dizayner, qrafist və fotoqraflarını beynəlxalq səviyyədə
tanıtmaqla beynəlxalq
media bazarında tanınan
brend olmaqdır.
AZƏRTAC
Azərbaycan.- 2018.- 30 yanvar.-
S.7.