İlham Əliyev Rəcəb Tayyib
Ərdoğanı təbrik etdi
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etmişdir.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etmişdir.
Prezident İlham Əliyev bu qələbənin Prezident Rəcəb Tayyib Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirmişdir.
Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etmişdir.
Telefon
danışığı zamanı xalqlarımızın iradəsinə
uyğun olaraq Azərbaycan
və Türkiyə arasında dostluq və
qardaşlıq münasibətlərinin daim
inkişaf edəcəyinə və
möhkəmlənəcəyinə əminlik ifadə olunmuşdur.
Azərbaycan.- 2019.- 2 aprel.- S.1.