Barselonada azərbaycanlılar erməni təxribatına
qarşı etiraz aksiyası keçiriblər
İspaniyada yaşayan soydaşlarımız Barselona şəhərində bir qrup erməni təşkilatı tərəfindən təşkil olunmuş “Artsax müharibəsinin qəhrəmanları” adlı təxribat xarakterli konsertin keçirildiyi binanın qarşısında etiraz aksiyası keçiriblər. Etiraz aksiyasında iştirak etmək üçün İspaniyanın müxtəlif regionlarından, o cümlədən Barselona, Madrid, Valensiya, San-Sebastian şəhərlərindən, habelə Fransadan gəlmiş həmvətənlərimiz Azərbaycan bayraqlarını,“31 mart - Azərbaycanlıların Soyqırımı Günü”, “Qarabağ Azərbaycanın döyünən ürəyidir”, “Qarabağ Azərbaycana məxsusdur” şüarlarını nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətini, ermənilərin növbəti təxribat əməlini üzə çıxararaq həmin əməlləri şiddətlə qınayıblar.
Bundan hiddətlənən bəzi “konsert iştirakçıları”nın asayişi qoruyan polis əməkdaşlarına soydaşlarımızın etiraz aksiyasından şikayət etmələrinə, hətta qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını göstərməyə belə cəhd etmələrinə baxmayaraq, heç bir halda istədiklərinə nail ola bilməyiblər.
Aksiyaya toplaşan
həmvətənlərimiz harada
olmalarından asılı olmayaraq erməni
təxribatına qarşı çıxmağa hazır
olduqlarını, ölkəmizin milli mənafelərinin
qorunması baxımından bu cür təxribat əməllərinin
qarşısının alınmasında hər zaman birlik nümayiş
etdirərək səfərbər olacaqlarını qeyd ediblər.
Azərbaycan.- 2019.- 2 aprel.- S.8.