“Patent haqqında”, “Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında” və “İxrac nəzarəti
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci, 13-cü və 25-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Patent haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
414; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 2, maddə 64; 2009, ¹ 12, maddə
951; 2012, ¹ 7, maddə 644; 2013, ¹ 3, maddə 211, ¹ 12, maddə
1481; 2018, ¹ 4, maddə 635) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 5-ci maddənin
1-ci hissəsinin birinci
abzasına və 2-ci hissəsinə, 29-cu maddənin
6-cı hissəsinə "orqanının” sözündən
sonra "müəyyən
etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
1.2. 6-cı maddənin
1-ci hissəsinin ikinci
abzasında "orqanında,
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
qurumda” sözləri
"orqanının müəyyən
etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;
1.3. 38-ci maddənin
1-ci hissəsində "orqanı”
sözü "orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin.
Maddə 2. "Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 8, maddə 485; 2004, ¹ 7, maddə 505; 2009, ¹ 5, maddə
296; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 645; 2013, ¹ 12, maddə
1482; 2018, ¹ 4, maddə 636) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 15-ci, 20-ci və
30-cu maddələrinin birinci
hissələrinə "orqanının”
sözündən sonra
"müəyyən etdiyi
orqanın (qurumun)” sözləri əlavə
edilsin;
2.2. 16-cı maddədə
"orqanı” sözü
"orqanının müəyyən
etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
Maddə 3. "İxrac
nəzarəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 12, maddə
975) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 9.1-ci, 10-cu və
11-ci maddələrdə "orqanı” sözü
"orqanının müəyyən
etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
3.2. 12.1-ci maddədə
"orqanlarının onlara”
sözləri "orqanının
müəyyən etdiyi
orqanın (qurumun) ona” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 3 aprel.-
S.3.