“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 7, maddə 479; 2003, ¹ 1, maddə 8; 2004, ¹ 2, maddə
57; 2006, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 6, maddə
460; 2009, ¹ 2, maddə 43, ¹ 10, maddə 769; 2014, ¹ 5, maddə
462; 2015, ¹ 4, maddə 361; 2017, ¹ 12 (I kitab), maddə 2203) aşağıdakı dəyişikliklər
edilsin:
1. 5-ci maddə üzrə:
1.1. birinci
hissənin onuncu abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda on birinci abzas əlavə edilsin:
"geoloji
parklar.”;
1.2. üçüncü
hissədə "və
9-cu” sözləri ", 9-cu və 11-ci” sözləri ilə əvəz edilsin;
1.3. dördüncü
hissədə "və
6-cı” sözləri ", 6-cı və 11-ci” sözləri ilə əvəz edilsin.
2. 6-cı maddənin
ikinci hissəsinə
"Dövlət təbiət
qoruqlarının” sözlərindən
sonra ", geoloji parkların sözləri”,
əlavə edilsin.
3. 7-ci maddənin
birinci hissəsinə
"Dövlət təbiət
qoruqlarının və
yasaqlıqlarının,” sözlərindən
sonra "geoloji parkların,” sözləri
əlavə edilsin.
4. Aşağıdakı
məzmunda XI-I fəsil
əlavə edilsin:
"XI-I fəsil
GEOLOJİ PARKLAR
Maddə 40-1. Geoloji parklar və onların təşkili
Geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan
təbiət obyektlərinin
yerləşdiyi təbiəti
mühafizə, maarifçilik,
elmi, mədəni, turizm və digər məqsədlər
üçün istifadə
olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat
statusuna malik olan ərazilərdir.
Geoloji parkların əraziləri
respublika əhəmiyyətli
xüsusi mühafizə
olunan təbiət ərazilərinə aiddir
və bu ərazilərdə olan torpaq, su, bitki
və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.
Geoloji parklar müvafiq dövlət orqanının
təqdimatı əsasında
müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə təşkil edilir.
Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş əsasnaməyə
uyğun olaraq fəaliyyət göstərir.
Maddə 40-2. Geoloji parkların əsas vəzifələri
Geoloji parkların
əsas vəzifələri
aşağıdakılardır:
geoloji və coğrafi təbiət obyektlərini, nadir və
etalon təbiət ərazilərini,
geoloji irsi qoruyub saxlamaq;
turizm və rekreasiya üçün şərait yaratmaq;
elmi tədqiqatlar,
mədəni-maarif və
tədris tədbirləri
keçirmək;
təbiəti mühafizənin
və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq
və tətbiq etmək;
əhalini maarifləndirmək;
geoloji monitorinqi
həyata keçirmək.
Maddə 40-3. Geoloji parkların zonalaşdırılması
və mühafizə rejiminin xüsusiyyətləri
Geoloji parkların
ərazilərində onların
təbii geoloji və coğrafi xüsusiyyətləri nəzərə
alınmaqla, xüsusi
mühafizənin ayrı-ayrı
rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət
zonaları üzrə
bölgüsü müəyyən
edilir:
xüsusi mühafizənin
hüquqi rejimi tətbiq edilən zonalar;
geoturizm və rekreasiya zonaları;
geomuzeylər və tədris-məşğələ obyektləri zonaları;
geoparkın fəaliyyətini
təmin etmək üçün təsərrüfat-istehsalat
zonaları.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 mart 2019-cu il
Azərbaycan.- 2019.- 3 aprel.- S.3.