“Xüsusi
mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun
tətbiqi və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Xüsusi
mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. geoloji
parklar haqqında ümumi əsasnamə layihəsini üç ay
müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 7, maddə
506; 2003, ¹ 10, maddə 546) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. ikinci abzasa "hissələrində”
sözündən sonra
", 40-1-ci maddəsinin üçüncü
və dördüncü
hissələrində” sözləri
əlavə edilsin;
3.2. üçüncü və dördüncü abzaslara "biosfer qoruqlarına” sözlərindən sonra ", geoloji” sözü əlavə edilsin;
3.3. beşinci abzasda "biosfer qoruqları” sözləri "biosfer qoruqlarına, geoloji” sözləri ilə əvəz edilsin;
3.4. altıncı abzasda "və 21-ci maddəsinin dördüncü hissəsində” sözləri ", 21-ci maddəsinin dördüncü hissəsində və 40-1-ci maddəsinin üçüncü hissəsində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel
2019-cu il
Azərbaycan.- 2019.-3 aprel.- S.3.