Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 838; 2014, ¹ 7, maddələr 766, 787, ¹ 10, maddə 1165; 2015, ¹ 5, maddə 503; 2016, ¹ 11, maddə 1773, ¹ 12, maddə 2010; 2017, ¹ 5, maddə 755, ¹ 6, maddələr 1019, 1043; 2018, ¹ 3, maddə 373, ¹5, maddələr 837, 850; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1451-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 79.1.5-ci maddədə "reklam qurğuları istisna olmaqla,” sözləri "bu məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habeləsözləri ilə əvəz edilsin.

2. 81.1-ci maddənin birinci cümləsində "ölçülərindən asılı olmayaraqsözləri "reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr ya bundan çox təşkil edənsözləri ilə əvəz edilsin.

3. 81.1.3-cü maddəyə "mülkiyyətsözündən sonra "hüququnu, yaxud "Reklam haqqındaAzərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraqsözləri əlavə edilsin.

4. 81.1.6-cı maddədə "torpaqsözü "daşınmaz əmlaksözləri ilə əvəz edilsin həmin maddəyə "ərazininsözündən sonra "rəngli fotosu sözləri əlavə edilsin.

5. 92-1.1-ci maddəyə "qurumsözündən sonra "tikintisinə icazə tələb olunansözləri əlavə edilsin.

6. 101.2-ci maddəyə hər iki halda "reklamsözündən əvvəl "tikintisinə icazə tələb olunansözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il

 

Azərbaycan.- 2019.- 3 aprel.- S.4.