“Reklam haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
12-ci və 26-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
"Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 7, maddə 812; 2016, ¹ 11, maddə 1755; ¹ 12, maddə
1996; 2017, ¹ 3, maddə 334, ¹ 5, maddələr 675, 748, ¹ 6, maddə
1029, ¹ 7, maddə 1307; ¹ 12, I kitab, maddə 2230; Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1412-VQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.0.11-ci maddədə
"daşınar əmlak,
ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat
vasitələri,” sözləri
"daşınar (o cümlədən
ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat
vasitələri və
s.) əmlak,” sözləri ilə əvəz edilsin.
2. 4.7-ci maddə üzrə:
2.1. üçüncü
cümlədə "kiçik
və reklamın yerləşdiyi ümumi sahənin üçdəbirindən
çox” sözləri
"böyük” sözü
ilə əvəz edilsin;
2.2. dördüncü
cümlədə "orqanı”
sözü "orqanının
yaratdığı qurum”
sözləri ilə əvəz edilsin.
3. 26.1-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı
vasitəsilə torpaq
sahələrində, bina,
qurğu və digər tikililərin fasadlarında (divarlarında,
hasarlarında), dam örtüklərində,
bayıra ünvanlanmaqla
qapıların, pəncərələrin
(pəncərə altlıqlarının),
vitrinlərin çöl
və iç tərəflərində, habelə
açıq məkanda
olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində,
hava şarlarının,
aerostat və dirijablların
üzərində yerləşdirildiyi
halda açıq məkanda reklam hesab olunur.”.
4. aşağıdakı
məzmunda 26.1-1-ci maddə
əlavə edilsin:
"26.1-1. Azərbaycan
Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində nəzərdə
tutulmuş müvafiq reklam qurğularının
tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan
Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində tikintisinə
icazə tələb olunmayan reklam qurğularının quraşdırılması
və sökülməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.”.
5. 26.2-ci maddə
üzrə:
5.1. ikinci
cümlədə "bir”
sözü "üç”
sözü ilə əvəz edilsin;
5.2. dördüncü
cümlə aşağıdakı
redaksiyada verilsin:
"İcazə
özündə, həmçinin
reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu qanunun
26.2-2.2-ci maddəsində nəzərdə
tutulmuş məbləğin
ödənilməsi ilə
bağlı məsələləri
əks etdirir.”;
5.3. beşinci
cümlə ləğv
edilsin.
6. 26.2-1-ci maddədə
"və reklama dair texniki şərtlər
pasportunun formasını,
icazə müqaviləsinin
formasını və
bağlanılma qaydasını”
sözləri "formasını”
sözü ilə əvəz edilsin.
7. 26.2-2.2-ci maddədə
"istifadəsinə” sözü
"icarəsinə” sözü
ilə əvəz edilsin.
8. 26.3-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"26.3. Reklam qurğuları (reklam) tarix və mədəniyyət
abidələrinin ərazilərində,
memarlıq abidələrinin
(binalarının) fasadlarında
(divarlarında, hasarlarında)
və dam örtüklərində
müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə,
tarix və mədəniyyət abidələrinin
mühafizə zonasında
isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun razılığı
ilə yerləşdirilə
bilər.”.
9. 26.8-ci maddədə
"divarında” sözü
"fasadında (divarında,
hasarında)” sözləri
ilə, "2” rəqəmi
"1” rəqəmi ilə,
"daşıyıcıları” sözü "qurğuları”
sözü ilə əvəz edilsin, "hüquqi” sözündən
sonra "(o cümlədən
dövlət mülkiyyətində
olan və ya paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslərin)”
sözləri əlavə
edilsin.
10. 35.2-ci maddədə
"əmlakdan istifadəyə”
sözləri "əmlakın
icarəsinə” sözləri
ilə əvəz edilsin.
11. 35.3-cü maddənin
ikinci cümləsində
"yayıcısı ilə
bağlanan bu qanunun 26.2-ci maddəsində
nəzərdə tutulmuş
icazə müqaviləsində”
sözləri "yayıcısına
bu qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 mart 2019-cu il
Azərbaycan.- 2019.- 3 aprel.-
S.4.