“Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli
Qanununun tətbiqi və “Reklam
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli
1281-IVQ nömrəli Qanununun tətbiqi və
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli
644 nömrəli Fərmanının ləğvi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Reklam
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Reklam haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il
15 may tarixli 1281-IVQ nömrəli
Qanununun tətbiqi və "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 7, maddə
822; 2016, ¹ 8, maddə 1384, ¹ 11, maddə 1821, ¹ 12, maddə
2062; 2017, ¹ 3, maddə 354, ¹ 7, maddə 1378, ¹ 12 (I kitab), maddə 2295) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə
"Qanununun” sözündən
sonra "4.7-ci maddəsinin
dördüncü cümləsində,”
sözləri əlavə
edilsin, həmin bənddə "26.1-ci maddəsinin
ikinci cümləsində,
26.2-ci maddəsinin birinci
və dördüncü
cümlələrində” sözləri
"26.1-1-ci maddəsinin ikinci
cümləsində, 26.2-ci maddəsinin birinci cümləsində” sözləri
ilə, "26.3-cü və
34.2-ci maddələrində ikinci halda” sözləri
"26.3-cü maddəsində üçüncü halda,
34.2-ci maddəsində ikinci
halda” sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bənddə
"və reklama dair texniki şərtlər
pasportunun formasına,
həmçinin icazə
müqaviləsinin formasına
və bağlanma qaydasına” sözləri
"formasına” sözü
ilə əvəz edilsin;
3.3. 2.3-cü bənddə
"nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir” sözləri
"qurum” dedikdə Azərbaycan Respublikasının
Əqli Mülkiyyət
Agentliyi nəzərdə
tutulur” sözləri ilə əvəz edilsin;
3.4. 2.4-cü bənddə
"26.1-ci maddəsinin ikinci
cümləsində, 26.2-ci maddəsinin birinci və dördüncü cümlələrində” sözləri
"26.2-ci maddəsinin birinci
cümləsində” sözləri
ilə əvəz edilsin;
3.5. 2.8-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"2.8. həmin
qanunun 26.3-cü maddəsində
birinci və ikinci hallarda nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini tabeliyindəki
tarix və mədəniyyət abidələrinin
ərazilərinə (onların
mühafizə zonalarına)
münasibətdə, müvafiq
olaraq, Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi həyata keçirirlər, həmin
maddədə "qurum”
dedikdə isə
"İçərişəhər” Dövlət Tarix-Memarlıq
və "Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqlarının mühafizə
zonasına münasibətdə
"İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
nəzərdə tutulur;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 mart 2019-cu il
Azərbaycan.- 2019.-3 aprel.-
S.4.