YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 30 iyun-10 iyul tarixlərində keçiriləcək.

 

Azərbaycan.- 2019.- 3 aprel.- S.5.