Baş nazir Novruz Məmmədov:
“Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişaf
etdirilməsi üçün
yaxşı potensial var”
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 2-də Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Novruz Məmmədov dost və qardaş ölkələrimiz, xalqlarımız arasında tarixən çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib.
Təməli ulu öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Baş nazir ötən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirakını, keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Baş nazir bildirib ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar, imzalanan sənədlər bu gün ölkələrimiz arasında çox möhkəm əlaqələrin mövcud olduğunu sübut edir. "Hesab edirəm ki, dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var və sizin səfəriniz əməkdaşlığımızın genişləndirilməsi baxımdan xüsusi əhəmiyyət daşıyır”,- deyə Baş nazir Novruz Məmmədov vurğulayıb.
Nazir Askar Jumaqaliyev bildirib ki, müstəqilliklərini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əməkdaşlıq daha da möhkəmləndirilib və bu gün Azərbaycan-Qazaxıstan əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf etdirilir.
Görüşdə
Azərbaycanın və Qazaxıstanın Çindən Avropaya qədər uzanan
beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından maksimum dərəcədə faydalanmaqda
maraqlı olduğu vurğulandı. Həmçinin
Xəzər dənizində birgə fəaliyyətə, nəqliyyat,
rabitə, müdafiə sənayesi, kosmik
sənaye, İKT, o cümlədən
rəqəmsallaşma sahələrində əməkdaşlığa
və qarşılıqlı maraq doğuran digər məsələlərə
dair fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2019.- 3 aprel.- S.5.