Azərbaycanla Qazaxıstanın rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilib

 

Azərbaycan ilə Qazaxıstan arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi, Azərbaycan və Qazaxıstanın qlobal bazarlarda rəqabət qabiliyyətli startap layihələri arasında sinerjinin yaradılması və birgə layihələrin icra olunması, tanışlıq səfərlərinin təşkili və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

 

Azərbaycan.- 2019.- 3 aprel.- S.5.