İlham Əliyev səxavəti
İnsan həyatda
öz zəhməti ilə çox şeyə nail ola
bilir:
* Yüksək təhsil alır;
* Hər hansı bir sahənin tanınan, sayılıb-seçilən mütəxəssisinə, bilicisinə çevrilir;
*Vəzifə pilləsi ilə yüksəlir, elmi nailiyyətlərə imza atır;
* Xalqın etimad və etibarını qazanır!
Bütün bunlar möhkəm iradə, böyük zəhmətsevərlik, yorulmadan məqsədə doğru irəliləmək qətiyyəti, bəzən isə xüsusi istedad, xarizma tələb edir!
Amma elə mənəvi dəyərlər və keyfiyyətlər də var ki, o insana Tanrı tərəfindən verilir.
Yüksək intellekt, fəhm, qəlb genişliyi, yaradıb-qurmaq məharəti və təşkilatçılıq bacarığı, insanlara daim arxa durmaq istəyi, günahı olanları bağışlamaq, təqsirindən keçmək böyüklüyü, səxavət duyğusu və digərləri yəqin ki, insan doğularkən onun təbiətində, xarakterində olur!
Tariximizə qısa nəzər salanda, belə vergili şəxsiyyətlərin az da olsa mövcudluğunun, xalqı, həmvətənləri üçün əvəzsiz xidmətlər göstərdiklərinin şahidi oluruq.
***
Səxavət insana xas olan nadir və yüksək mənəvi keyfiyyətlərdən biridir!
Doğrudan da insanlara dayaq durmaq, çətin anlarında əl uzatmaq istəyi hər adamda olmur!
Səxavət sahibi olmaq üçün, ən əvvəl, dara düşənlərin vəziyyətini anlayıb onlara acımalısan!
Canında və qanında bir humanistlik, alicənablıq duyğusu yaşamalıdır!
Həm də kömək etmək vəzifə borcu olmadığı bir zamanda bu addımı atmalısan!
Ümidlə sənə üz tutanlardan köməyini əsirgəməmək, ətəyindən yapışanların əlindən tutub onları dardan qurtarmaq böyük qəlb və səxavət sahiblərinə xas olan nadir keyfiyyətlərdəndir!
Biz dövlət rəhbərləri içərisində bu keyfiyyətləri ilk dəfə ulu öndər Heydər Əliyevdə görmüşük!
Nə qədər insanın qolundan tutdu, oxutdurdu, vəzifə pillələri ilə irəli çəkdi, çarəsiz vəziyyətə düşənləri müalicə etdirdi, mənzil verdi, təqaüd ayırdı!
Neftxudalar içində isə səxavətli əməllərlə yalnız Hacı Zeynalabdin Tağıyevin timsalında rastlaşmışdıq.
Neçə azərbaycanlı gəncin oxuması üçün vəsait ayırıb, öz hesabına qız məktəbi açıb, kütləvi şəkildə xeyriyyəçilik edib, millət yolunda ürəklə pul xərcləyib!
Bu gün isə hamımız İlham Əliyev səxavəti barədə fəxrlə, ağızdolusu danışırıq.
Bəli, İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın iqtisadi qüdrətinin və siyasi nüfuzunun yüksəldilməsi, müstəqil dövlətimizin yeni imicdə dünyaya təqdimi, paytaxt Bakı ilə yanaşı, regionların da yenidən tikilib qurulması, abadlaşdırılması, xalqın sosial rifahının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial və dəyişməz mövqe tutması, xalqımızın milli maraqlarını bütün sahələrdə dönmədən və qətiyyətlə müdafiə etməsi ilə yanaşı, böyük qəlb və səxavət sahibi olduğunu da bir nümunə kimi ortaya qoymuşdur!
Prezident İlham Əliyevin təkcə son günlər xalqımızın sosial rifahının yaxşılaşdırılması sahəsində gördüyü işləri qısa şəkildə nəzərdən keçirək:
* 600 min işçinin əməkhaqqı artırıldı;
* 223 min insanın sosial təminatı yaxşılaşdırıldı;
* Minimum əməkhaqqı 38 faiz yüksəldi;
* 100 minə yaxın tələbənin təqaüdü artırıldı;
* Minimum pensiyalar 37 faiz yüksəldi;
* Şəhid ailəsinə verilən təqaüd 25 faiz artdı;
* Əfqanıstan şəhidlərinin ailəsinə verilən mavinət 300 manat oldu;
* 1 milyondan çox insanın problemli kredit məsələsi həll
edildi;
Ən nəhayət,
onu da xatırladaq
ki, çoxmənzilli
binalardakı mənzil
mülkiyyətçiliyi ilə
bağlı problemin həlli 400 minə yaxın insanı əhatə edəcək;
Bütövlükdə 3 milyon insan dövlətin sosial təşəbbüslərinin
icrasından faydalanacaq;
Bir məqamı da unutmayaq: son 15 ildə əməkhaqları
7, minimum əməkhaqqı isə 6,5 dəfə
artırılıb!
Bütün bunların
üzərinə jurnalistlərə,
qaçqın və məcburi köçkünlərə,
müharibə veteranları
və əlillərə,
şəhid ailələri
və hərbçilərə,
idmançı və
zəlzələdə, daşqınlarda
ziyan çəkənlərə
verdiyi saysız-hesabsız
təmirli mənzilləri,
avtomobilləri gələndə
görün hara vurur!
Dövlət başçısı daha
bir addımı "Diqlas” ticarət mərkəzi yanaraq oradakı çoxsaylı
sahibkarlara ciddi maddi ziyan dəyəndə
atdı: vətəndaşların
zərərini dövlət
öz üzərinə
ğötürdü!
Əslində sərbəst
bazar iqtisadiyyatı şəraitində hərə
öz qazanc və ziyanına yiyə durur!
Dünyanın heç
yerində dövlət
belə məsələlərə
müdaxilə etmir!
Sosial şəbəkə
iştirakçıları arasında belə bir mövqeyi əks etdirən status paylaşanlar da vardı:
"Nə
üçün dövlət
sahibkarın ziyanını
ödəməlidir, axı
sahibkar özü üçün qazanıb,
vergidən başqa dövlətə heç
nə verməyib?”
"Bizim
bütün problemlərimizi
dövlət qarşılamalı,
dövlət vəsaiti
hesabına bütün
çətinliklərimiz həll
olunmalıdır - özünü
real həyatda doğrultmamış
sovet dövrü psixologiyasından haçan
yaxa qurtaracağıq?”
Əlbəttə, bu cür düşünənlərin
söylədiklərində bir həqiqət də var idi
və buna görə həmin insanları qınamaq çətindir!
Doğrudan da mal və qazanc sənin, yer sahibkarın - dövlət
isə heç birinizin işinə qarışmayıb!
Belədə ziyanınıza niyə şərik olmalıdır?!
Obyektivlik və rasionallıq baxımından
məntiqli sual və yanaşmadır!
Lakin çatışmayan
cəhətləri də
var!
Bu yanaşmada humanizm görünmür!
Bu yanaşmada insanları dardan qurtarmaq istəyi yoxdur!
Bu yanaşmada malını-varını itirən,
işindən məhrum
olan, farsmajor nəticəsində borca və çıxılmaz
vəziyyətə düşən
insanların halına
yanıb dərdinə
qalmaq istəyi çatmır!
İlham Əliyev
tərəddüd göstərmədən
humanizm və insanlıq mövqeyində
dayandı!
Böyük ürək
sahibi olaraq, alicənab addım atdı!
Özünü həm də səxavətli, əliaçıq və təmizqəlbli insan kimi göstərdi!
Ciddi itkiyə məruz qalanların dadına çatmaq barədə qəti qərarını verdi: "...Biz sahibkarların
problemlərini həll
etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər.
Onlara maddi ziyan dəyib.
Bəziləri borc alıb və orada malları satışa çıxarıblar...
Biz bu insanlara
dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”.
Bəli, dövlət
başçısı yenə
də vətəndaşının
yanında olduğunu sübuta yetirdi!
Necə deyərlər,
sığorta təşkilatının
funksiyasını dövlət
öz üzərinə
götürdü, sığortasız
mallardan sahibkara dəyən ziyan qarşılandı!
Həm də yalnız humanizm və insanlıq prinsiplərini əsas götürməklə!
İLHAM ƏLİYEV
SƏXAVƏTİ:
* Xalqını sevən dövlət rəhbərinin səxavətidir!
* Vətəndaşı
çətin duruma düşən dövlət
başçısının həmişə olduğu
kimi, yenə də ürəkdən gələn səxavətidir!
* Daim seçicilərinin yanında
olan və onların bütün problemlərinə həssaslıqla
yanaşan və dərhal kömək əli uzadan əsl Xalq Prezidentinin
səxavətidir!
Belə Prezidenti
kim sevməz
və kim onunla fəxr etməz?!
ƏLBƏTTƏ, HAMI SEVƏR!
Bütün sorğularda
və prezident seçkilərində Azərbaycan
xalqının mütləq
əksəriyyətinin seçici
səsi ilə verdiyi birmənalı müsbət cavabdır!
Üstəlik ümumxalq
məhəbbəti ilə
yoğrulmuş cavab!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2019.-4 aprel.- S.1.