Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2019-cu il
dövlət büdcəsinin
dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
avtomobil yollarının
tikintisi və yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin
2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 aprel 2019-cu il.
Azərbaycan.- 2019.- 4 aprel.-
S.2.