Milli Məclisdə insan hüquqları
məsələləri üzrə birgə işçi
qrupunun iclası keçirilib
Aprelin 3-də Milli Məclisdə insan hüquqları məsələləri üzrə
birgə işçi
qrupunun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər
verir ki, iclasda işçi qrupunun həmsədrləri
- Azərbaycan Respublikası
Prezidentinin hüquq-mühafizə
orqanları ilə iş və hərbi məsələlər
üzrə köməkçisi-şöbə
müdiri Fuad Ələsgərov, Milli Məclisin beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri
Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar,
Ədliyyə Nazirliyinin,
prokurorluğun nümayəndələri,
qeyri-hökumət təşkilatlarının
təmsilçiləri iştirak
ediblər.
Əvvəlcə Aprel döyüşlərində
şəhid olmuş əsgərlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda ölkəmizdə insan hüquqlarının müdafiəsi
istiqamətində həyata
keçirilən tədbirlər,
qəbul edilən sənədlər, aparılan
islahatlar müzakirə
olunub, qaldırılan
məsələlərə, görüləcək işlərə
dair fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.-4 aprel.- S.4.