İlham Əliyev
daha 600 min insanı sevindirdi
14 kateqoriya
üzrə sosial müavinətlər, 7 kateqoriya
üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı
Ölkə əhalisinin layiqli həyat səviyyəsini təmin etmək və rifahını yüksəltmək dövlətin
sosial-iqtisadi inkişaf
konsepsiyasının prioritetlərindəndir.
Prezident İlham Əliyevin son 3 ayda böyük sosial islahatlar paketi çərçivəsində
imzaladığı sərəncam
və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə
görə inqilabi qərarlardır. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatlar,
digər tərəfdən
isə İlham Əliyevin cəsarətli,
inamlı addımları
ölkə vətəndaşlarının
gələcəyinə hesablanmış
qətiyyətli siyasətinin
təzahürüdür.
Artan iqtisadi qüdrətin təzahürləri
Əgər diqqət etsək, aydın şəkildə
görərik ki, son 3
ayda elə bir sahə yoxdur
ki, maaşlarda, eləcə də sosial müavinətlər
və təqaüdlərdə
artımlar edilməsin.
İlk növbədə qaçqın
və məcburi köçkünlərin, şəhid
ailələrinin durumunu
diqqətdə saxlayan
Prezident İlham Əliyev bu kateqoriyaya aid insanlara öz dəstəyini göstərir. Şəhid ailələrinə istisnasız
olaraq birdəfəlik
müavinətlərin verilməsi,
bu kateqoriyaya aid insanlara müavinətin
242 manatdan 300 manata, həmçinin Əfqanıstan
veteranlarının müavinətinin
220 manatdan 300 manata yüksəldilməsi, məcburi
köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz
qaldırılması bunun
əyani təzahürüdür.
Bununla yanaşı,
son aylarda dövlət
başçısının imzaladığı fərman
və sərəncamlara
əsasən, minimum əməkhaqqının
38 faiz artaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə
yaxın tələbənin
təqaüdünün yüksəldilməsi
dövlətin iqtisadi
qüdrətinin daha da yüksəldiyini bir daha təsdiqləyir.
Yüksələn sosial
müavinət və təqaüdlər...
Aprelin 1-dən etibarən
dövlət başçısının
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində əlavə
tədbirlər haqqında”
sərəncamı qüvvəyə
mindi və 14 kateqoriya üzrə sosial müavinətlər,
7 kateqoriya üzrə
Prezident təqaüdləri
orta hesabla 100 faiz artırıldı.
600 minə
yaxın insanı, o cümlədən əlilliyi
olan 300 min şəxsi
əhatə edən sənəd bu kateqoriyaya aid şəxslərin
sosial durumunun yaxşılaşdırılmasına xidmət edir.
Ümumi xəstəlik,
hərbi xidmət dövründə xəstələnmə,
əmək zədəsi
və peşə xəstəliyi, Çernobıl
qəzasının ləğvi
ilə əlaqədar
əlilliyi olanlar üçün (əmək
pensiyası hüququ olmayan) ayrılan vəsaitin və digər sosial müavinətlərin artan
məbləğlərinə nəzər salaq:
* yaşa
görə sosial müavinət 130 manat;
* I qrup əlilliyə görə
150 manat;
* II qrup əlilliyə görə
130 manat;
* III qrup əlilliyə görə
110 manat;
* ailə
başçısını itirməyə görə
80 manat;
* sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqlara
150 manat;
* valideynlərini
itirmiş uşaqların
qəyyumlarına 100 manat;
* müddətli
həqiqi hərbi xidmət qulluqçularının
uşaqlarına 100 manat;
* beşdən
çox uşağı
olan qadınlara hər uşaq üçün 55 manat;
* uşağın
anadan olmasına görə 200 manat;
* dəfn
üçün ödənilən
sosial müavinət
300 manat;
* I qrup əlilliyə görə
Prezident təqaüdü
100, onlara qulluq edənlərə 50 manat;
* sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqlara
Prezident təqaüdü
50 manat oldu.
Pensiyanın sığorta
hissəsi əvəzinə
Prezident təqaüdü
veriləcək
Bundan başqa,
sərəncamla müharibə
veteranlarına kommunal,
nəqliyyat və digər xidmətlərə
görə sosial müavinət, habelə döyüşən ordunun
tərkibində xidmət
etmiş müharibə
iştirakçılarının əmək pensiyasının
sığorta hissəsinə
əlavə əvəzinə
80 manat məbləğində
Prezidentin təqaüdü
də təsis edilib.
Sərəncam ilə müharibə əlilləri
və onlara bərabər tutulan şəxslər üçün
Prezident təqaüdünün
məbləği I qrup
əlilliyə görə
182 manatdan 250 manata, onlara qulluq edənlərə
isə 50 manat, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə,
121 manatdan 210 manata çatdırılıb.
Beləliklə, əgər
I qrup müharibə əlilləri və onlara bərabər tutulan şəxslər
150 manat sosial müavinət alırdılarsa,
bundan sonra həmin məbləğin
üzərinə 250 manat
Prezident təqaüdü
və 50 manat da onlara qulluq
edən şəxsin məvacibi daxil ediləcək. Yəni bu kateqoriyaya
aid şəxslər ayda
ümumilikdə 450 manat
alacaqlar.
II qrupa
aid olanların (130 + 230) 360, III qrupa aid olanların isə (110+ 210) alacaqları
müavinət 320 manata
yüksəlib.
Onu da əlavə edək ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına,
İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin
mühasirəsi zamanı
şəhərin müəssisələrində,
idarə və təşkilatlarında işləmiş
və "Leninqradın
müdafiəsinə görə”
medalı, "Leninqrad
mühasirəsində yaşayan”
döş nişanı
ilə təltif edilmiş şəxslərə
(müharibə əlilləri
istisna olmaqla) Prezident təqaüdünün
məbləği 150 manat
olub.
Aprel döyüşlərində
əlil olanların təqaüdləri 100 faiz
artırıldı
Azərbaycan tarixinin
qürurverici səhifələrindən
biri olan 2016-cı il Aprel
döyüşlərində həlak olmuş qəhrəman Vətən
oğullarının - şəhidlərimizin
ailələri, yaralanmış
əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı
ilə əhatə olunublar.
Dövlət başçısının tapşırığına
uyğun olaraq, şəhid ailələri
və həmin döyüşlərdə yaralanaraq
əlil olmuş hərbçilərlə bağlı
mühüm sosial müdafiə tədbirləri
həyata keçirilib.
Onlara qanunvericilikdə nəzərdə
tutulan qaydada müvafiq sosial təminat növləri, o
cümlədən Prezidentin
aylıq təqaüdləri,
müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə
də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər
təyin olunub. Şəhid ailələrinə
birdəfəlik ödəmələr
verilib, onlar üçün Prezidentin
aylıq təqaüdünün
məbləği mütəmadi
olaraq artırılıb.
Cari ildə bu sahədə
növbəti mühüm
addım kimi fevralın 1-dən həmin
təqaüd 300 manata
çatdırılıb. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə
yetirməklə əlaqədar
əlilliyi, o cümlədən
Aprel döyüşləri
ilə əlaqədar
əlilliyi olanlar üçün də müavinət və təqaüdlər aprelin
1-dən 100 faizədək artırılıb.
Onu da əlavə edək ki, Aprel
döyüşlərində yaralanmış əsgər
və zabitlərin reabilitasiyasına xüsusi
qayğı göstərilir. Dövlət tərəfindən şəhid
olanların ailələrinin,
müharibə əlillərinin
digər sahələrdə
də qayğı ilə təmin olunması üçün
müvafiq işlər
görülür.
Şəhid ailələrinin
kreditləri bankların
vəsaiti hesabına ödəniləcək
Azərbaycan Banklar Assosiasiyasının
Rəyasət Heyətinin
geniş tərkibdə
keçirilən iclasında
qəbul olunan qərar da ölkə
ictimaiyyəti tərəfindən
çox yüksək
dəyərləndirilib.
Belə ki, iclasda yekdilliklə Qarabağ müharibəsi
və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara
360 gündən artıq
gecikməsi olan 1000
(min) AZN qədər kreditlərinin
(faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına
ödənilməsi barədə
qərar qəbul edilib.
Bundan sonra da banklara
bu istiqamətdə əlavə güzəştlər
edilməsi imkanlarının
araşdırılması tövsiyə
edilib.
Bu il sosial inkişaf dövrü kimi başqa illərdən fərqlənəcək
Göründüyü kimi, son 3 ayda Prezidentin böyük sosial islahatlar paketi çərçivəsində
imzaladığı fərman
və sərəncamlar
əhalinin sosial müdafiəsinin gücləndirilməsinə
xidmət edən sənədlərdir.
Bir çox kateqoriyalara aid insanların
müavinət və təqaüdlərinin artırılması
bir daha təsdiq edir ki, 2019-cu il
sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından
başqa illərdən
fərqlənəcək.
Prezident İlham
Əliyevin söylədiyi
kimi, əgər
2017-ci il iqtisadi sabitləşmə,
2018-ci il isə dərin iqtisadi islahatlar ili olubsa, 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə
təmin ediləcəyi
dövr kimi tarixə yazılacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.-5 aprel.- S.1; 3.