Bakı “Formula-1”ə hazırdır
Sürət yarışının
ən möhtəşəm
tribunaları paytaxtımızda
qurulub
Çoxsaylı siyasi, mədəni və digər səpkili beynəlxalq tədbirlərə yüksək
səviyyədə evsahibliyi
edən Azərbaycan növbəti möhtəşəm
tədbir ərəfəsindədir. Belə ki,
paytaxtımızda sayca
4-cü dəfə "Formula-1” Azərbaycan Qran-prisi keçiriləcək.
Sürət və adrenalin sevən
"F1” azarkeşləri Bakı
Şəhər Halqasında
təşkil olunacaq möhtəşəm yarışdan
zövq alacaqlar. Son 3 ildəki yarışlardan
sonra yüksək təşkilatçılıqla nümunə göstərən
Azərbaycan növbəti
dəfə dünyanın
ən güclü pilotlarını qarşılamağa
hazırdır.
Əminliklə söyləmək olar ki, cari mövsümün
4-cü mərhələsi olan Azərbaycan Qran-prisində sürət
həvəskarlarını möhtəşəm yarış
gözləyir. Yarışların keçirildiyi şəhər
treki Bakı Şəhər Halqası
(BŞH) adlanır və
uzunluğuna görə
dünyada ikincidir.
Yarış 20 müxtəlif çətinlikli döngəsi
və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.
"Formula-1” Azərbaycan
Qran-prisi "Azadlıq”
meydanından start götürəcək
və burada da başa çatacaq. Trekdə yarış
avtomobillərinin hərəkəti
saat əqrəbinin əks istiqamətində olacaq.
Bakı trekini əhatə edən asfalt örtüyünün yarışa
hazır vəziyyətə
gətirilməsi məqsədilə
təmir-bərpa işləri
yekunlaşmaq üzrədir. Hazırlıq
işləri ilə yaxından tanış
olmaq üçün
Bakı Şəhər
Halqasına yollandıq.
Trekə
daxil olan yolların kənarlarına
artıq beton bəndlər yerləşdirilib
və setkalar çəkilib. Asfalt örtüyündə
kiçik bərpa işləri də tamamlanıb.
Tamaşaçı tribunalarının bəziləri
hazırdır, digərlərində
isə tamamlama işləri gedir. Trek boyunca
müxtəlif "Formula-1” lövhələrinin və
piyada keçidlərinin
quraşdırılması işləri aparılır.
Ümumilikdə isə Bakı Şəhər Halqasında
9 yerdə tribuna quraşdırılır. Bunlar aşağıdakılardır:
Abşeron - əsas
tribuna
Abşeron tribunası yarışı
dəqiq və yaxından izləyə bilmək baxımından ən üstün mövqedə yerləşib. Komandaların avtoqarajları ilə üzbəüz yerləşən
Abşeron tribunasına
bilet alanlar yarışın yüksək
adrenalin dolu başlanğıcına
şahid olacaqlar.
Həmçinin həyəcanlı pit-stop əməliyyatlarını
izləmək üçün
ən yaxşı mövqeyə sahib olacaqlar. Bu tribunada
olan yarış həvəskarları pit yolunu,
start düzülüşünü və finiş xəttini yaxından izləyə biləcəklər.
Bu tribunaların ən böyüyü olmaqla 5 sektordan ibarətdir.
Xəzər tribunası
Muzey Mərkəzinin qarşısında
və Bulvar tribunası ilə üzbəüz yerləşən
Xəzər tribunasından
izləyicilər bolidlərin
start-finiş xəttinə
doğru saatda 300 kilometri aşan sürət hərəkətini
yaxından müşahidə
edə biləcəklər.
Bulvar tribunası
Dənizkənarı parkın Muzey Mərkəzi və Xəzər tribunası ilə üzbəüz hissəsində yerləşən
Bulvar tribunasından da bolidlərin start-finiş xəttinə doğru saatda 300 kilometri aşan sürət hərəkətini
izləmək imkanı
olacaq.
Sahil tribunası
Dənizkənarı park boyunca davam edən
sürət xətti üzərində 20-ci döngədə
yerləşən Sahil
tribunasından tamaşaçılar
yolun iki müxtəlif hissəsini
eyni anda izləmək imkanına malik olacaqlar. Trekin bu
tribunadan görünən
hissəsində bolidlər
həm soldan sağa doğru start-finiş istiqamətində
tam sürətlə, həm
də trekin digər tərəfində
5-ci və 6-cı döngələri
asan keçmək üçün aşağı
sürətlə hərəkət
edəcəklər. Bu
da, öz növbəsində, tamaşaçılara
avtomobil və sürücüləri yaxından
izləmək üstünlüyü
verəcək.
Muğam tribunası
Dənizkənarı parkda yerləşən Kukla Teatrının qarşısındakı Muğam
tribunasından insanlar
yolun çarpaz hissəsində görüşən
bolidləri eyni anda müşahidə edə biləcəklər. Trekin Muğam
tribunasının düz
qarşısında yerləşən
qismində bolidlər
həm soldan sağa doğru start-finiş istiqamətində,
həm də buna əks istiqamətdə,
sağdan sola doğru
7-ci döngəyə tərəf,
şəhərin tarixi
hissəsinə dönənədək
tam sürətlə hərəkət
edəcəklər.
İçərişəhər tribunası
Qala qapılarının yanında
yerləşən İçərişəhər
tribunası yarışı
izləməklə yanaşı,
qədim şəhərin
gözəlliklərinə tamaşa etmək baxımından da unikal mövqeyə malikdir. Bu tribunada tamaşaçılar yarışı
trekin İçərişəhər
divarları boyu uzanan yoxuş yolunun ən hündür nöqtəsindən
izləyəcəklər.
Qız qalası
tribunası
Qız qalası ilə üzbəüz yerləşən
tribunada UNESCO-nun mədəni
irsinə daxil edilmiş bu tarixi abidənin nadir mənzərəsi fonunda
"F1” bolidlərinin yürüşünü
seyr etmək imkanı yaranacaq. Bu tribunada olan yarış həvəskarları
bolidlərin buradan
18-ci döngəyə tərəf
son sürətlə hərəkətini
və onların Qız qalasının tam qarşısından keçməklə
sürət zolağı
boyunca davam edəcək gərgin mübarizəsini izləyə
biləcəklər.
Azneft tribunası
Bu tribuna
Azneft dairəsi ətrafında yarışı
yaxından izləməyə
imkan verən mükəmməl mövqedə
yerləşir. Buraya bilet alan
tamaşaçılar Dənizkənarı
parkın Bakı
tennis və yaxt klublarına yaxın olan hissəsində qərarlaşmış nəfəsçəkici
16-cı döngəni ən
yaxşı yerdən
müşahidə etmək
imkanına malik olacaqlar. Trekin eniş hissəsinin
düz qurtaracağında
yerləşən Azneft
tribunasında tamaşaçılar
bolidlərin 16-cı döngəyə
qədər amansız
rəqabətini, kəskin
dönüşlərini və
döngənin ardınca
sahil boyu uzanan sürət zolağında ötüşməsini
əvəzolunmaz mövqedə
izləyəcəklər. Tribuna aşağı və yuxarı hissələrdən
ibarətdir.
Filarmoniya tribunası
Filarmoniya tribunasında tamaşaçılar
Filarmoniya bağının
qarşısında, trekdəki
kəskin enişin
16-cı döngəyə keçdiyi
hissədə davam edən gərgin mübarizəni izləmək
imkanına malik olacaqlar.
Yeniliklərin tətbiq
edildiyi Bakı trası
"Formula-1” yarışlarında
Bakı yeniliyin tətbiqi ilə də yaddaşlara həkk olunub. Xatırladaq ki,
2016-cı ildəki dünya
çempionatında "F1” Bakı mərhələsində
sıralama turları ilə bağlı yenilik etmişdi. Belə ki, əvvəlki
qaydalara görə,
18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən
ən pis nəticə göstərən
6 pilot mübarizədən kənarlaşdırılmışdı. 10
pilot isə 12 dəqiqəlik
üçüncü seansdakı
göstəricilərə görə
yarışa start vermişdi.
Bakı mərhələsində tətbiq
edilən yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş
pilotun mübarizəni
dayandırması nəzərdə
tutulmuşdu.
Məhz Bakıdakı yenilik son 3 mövsümdür "Formula-1” mütəxəssislərinin rəylərinə
görə, yarışlarda
həyəcanı bir
qədər də artırıb.
"Formula-1” yarışlarında
mübarizə aparan ən məşhur pilotlar da Bakıda
bu yarışın ən yeni və
ən sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında
növbəti dəfə
yarışmağı həyəcanla
və səbirsizliklə
gözləyirlər. Pilotların
trekdən qalib ayrılmaq üçün
bütün güclərini
səfərbər edəcəkləri
hiss olunur.
Valteri Bottas,
Daniel Rikkardo, Maks Ferstappen, Felipe Massa, Serxio
Perez və digər pilotları gözoxşayan
mənzərəyə sahib olan Bakıda həyəcanlı və çətin yarış
gözləyir. "Formula-1” təqvimində Bakı Şəhər Halqasını
özünəməxsus edən
ensiz hissələr,
90 dərəcəli döngələr,
yoxuşlar və uzun sürətlənmə
hissələri enli təkərli bolidlər üçün mübarizə
şərtlərini ötən
illərlə müqayisədə
daha da maraqlı
edəcək.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 5 aprel.- S.1; 4.