Rusiya nümayəndə heyəti Fəxri xiyabanda
ulu öndər Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət edib
Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra
Şəhidlər xiyabanına gələn qonaqlar
ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş
qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl”
abidəsinin önünə əklil qoyublar.
Azərbaycan.-
2019.-5 aprel.- S.2.