Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib

 

Aprelin 4-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Rusiya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Həmin gün aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib.

Forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya arasında əlaqələr strateji səviyyədədir. Qeyd edilib ki, təkcə ötən il ərzində Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyaya 3 səfər edib, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Bu görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb. Dövlət rəsmilərinin və adamlarının çoxsaylı səfərləri də qarşılıqlı əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ikitərəfli əməkdaşlığın inkişafında önəmli rol oynayır.

Qeyd edilib ki, dövlət başçılarının ötən il Soçidə keçirilmiş görüşü zamanı Azərbaycan Respublikası İqtisadiyyat NazirliyiRusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi arasında  sənaye sahəsində əməkdaşlığın inkişafı barədə saziş imzalanıb. Nazir Şahin Mustafayev bu gün keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından önəmini qeyd edib.

Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% artaraq 2,5 milyard dollardan çox olub. Artım tendensiyası bu ildavam edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün tədbirlər görülür.

Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, , ticarət evləri mexanizmi tətbiq olunur. İşgüzar əlaqələrin genişləndirilməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının səmərəli fəaliyyəti mühüm rol oynayır. İqtisadiyyat naziri əlaqələrin inkişafında Bakıda açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin fəaliyyətini, bu ilin mart ayında "Qazprombank"ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar keçirildiyini qeyd edib.

İnvestisiya qoyuluşu sahəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edən iqtisadiyyat naziri Şahin Mustafayev hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-ə yaxın Rusiya kapitalı müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1,2 mlrd. dollardan çoxdur.

Ölkəmiz Rusiya ilə sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır.

Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. D.Manturov bu gün Rusiya tərəfdən 60-dan çox şirkətin iştirakı ilə keçirilən sənaye əməkdaşlığı forumunun, aparılan müzakirələrin iqtisadi sferada qarşılıqlı faydalı birgə fəaliyyət baxımından əhəmiyyətini diqqətə çatdırıb. Rusiyalı nazir ötən ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu və Rusiya-Azərbaycan tərəfdaşlığının daha da güclənəcəyinə əminliyini bildirib. Denis Manturov bir sıra sahələrdə, o cümlədən ticarət və investisiya sahəsində müsbət dinamikanın olduğunu qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələrimiz arasında neft-qaz maşınqayırması, İKT, kənd təsərrüfatı, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial var.

Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və Azərbaycan-Rusiya İşgüzar Şurasının bu istiqamətdə fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan və Rusiya arasında iqtisadiinvestisiya qoyuluşu sahəsində əlaqələrin, adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edilir. Səməd Qurbanov diqqətə çatdırıb ki, Azərbaycan-Rusiya İşguzar Şurasının əsas prioritetlərindən biri Rusiya şirkətləri ilə Azərbaycanda birgə müəssisələrin yaradılması və istehsal olunacaq məhsulların yerli bazarda satışının və üçüncü ölkələrə ixracının təşkilidir və bu istiqamətdə tədbirlər həyata keçirilir.

Rusiya İxrac Mərkəzinin direktoru Andrey Slepnev adamları arasında əlaqələrin genişləndirilməsinin, bu istiqamətdə yüksək texnologiyaların tətbiqinin önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, Rusiya adamları azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın inkişafında maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznesinvestisiya imkanları barədə məlumat verib.

Forum çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaşkombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, Sumqayıt Texnologiyalar Parkı və “Transmaşholdinq” arasında Əməkdaşlıq haqqında Memorandum, “AzOkso” ilə “Serviceİnvest” arasında hasarlama sistemlərinin qurulmasına dair Memorandum imzalanıb.

Forum öz işini "Rəqəmsal texnologiyalar", "Neft maşınqayırması" və "Kənd təsərrüfatı maşınqayırması" mövzularında sessiyalarla davam etdirib.

Həmin gün İqtisadiyyat naziri  Şahin Mustafayev Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimizin sənaye potensialı, bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda uğurla həyata keçirilən həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə maşınqayırma, nəqliyyat, kənd təsərrüfatı texnikası istehsalı, gəmiqayırma, kimya sənayesi və əczaçılıq, aqrar məhsul istehsalı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili, Azərbaycan sənaye məhsullarının ixracının artırılması, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi və s. məsələlər müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

 

Azərbaycan.- 2019.-5 aprel.- S.2.