“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Daşınmaz
əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 8, maddə
603; 2006, ¹ 6, maddə 482; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 3, maddə
154; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 11, maddə 983; 2012, ¹ 6, maddə
509, ¹ 7, maddə 668, ¹ 11, maddə
1053; 2013, ¹ 6, maddələr 607, 623, ¹ 7, maddə 791, ¹ 12, maddə
1484; 2014, ¹ 1, maddə 7, ¹ 2, maddə 97, ¹ 6, maddələr
597, 604; 2015, ¹ 3, maddə 255; 2016, ¹ 4, maddə 645, ¹ 6, maddə
990, ¹ 7, maddə 1244, ¹ 11, maddələr
1770, 1775; 2017, ¹ 5, maddə 738, ¹ 6, maddə 1037, ¹ 10, maddə
1772, ¹ 11, maddə 1954, ¹ 12, I kitab, maddə 2235; 2018, ¹
2, maddə 167, ¹ 3, maddə
382, ¹ 5, maddə 852; Azərbaycan
Respublikasının 2018-ci il
28 dekabr tarixli 1408-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 5.1-2-ci maddənin
ikinci cümləsində
"Hüquq sahibinin istəyi ilə "Elektron hökumət” portalında yerləşdirilmiş”
sözləri "Elektron
qaydada tərtib olunmuş” sözləri ilə əvəz edilsin.
1.2. 6.1.1.1-ci maddədə
"verilməsi” sözü
"təqdim olunması”
sözləri ilə əvəz edilsin.
1.3. 6.1.4-cü maddədə
"daşınmaz əmlak
üzərində mülkiyyət
hüquqlarının dövlət
qeydiyyatına alınması
barədə çıxarışın
dublikatının verilməsi,”
sözləri çıxarılsın.
1.4. 6.2-ci maddənin
birinci cümləsində
birinci halda "verilməsi” sözü
"təqdim olunması”
sözləri ilə əvəz edilsin, ikinci halda "çıxarışın” sözündən
sonra "təqdim olunması” sözləri əlavə edilsin.
1.5. 9.2-ci maddənin
birinci cümləsində
ikinci halda "dövlət” sözündən
əvvəl "elektron
qaydada” sözləri əlavə edilsin.
1.6. 9.5-ci maddədə
"verilməsi” sözü
"elektron üsulla təqdim olunması” sözləri ilə əvəz edilsin.
1.7. 12.1-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"12.1. Daşınmaz
əmlaka mülkiyyət
və digər əşya hüquqlarının
əmələ gəlməsi
və başqasına
keçməsi müvafiq
icra hakimiyyəti orqanları tərəfindən
hazırlanan sənədlər
əsasında qeydiyyat
orqanı tərəfindən
elektron üsulla təqdim olunan dövlət reyestrindən
çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın
reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin
müvafiq elektron imzası ilə təsdiqlənməklə "Elektron hökumət” portalında yerləşdirilir
və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı
olaraq çıxarış
elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.”.
1.8. 12.2-ci maddədə
"reyestrindən” sözündən
sonra "elektron” sözü əlavə edilsin və "forması və tərtibi qaydası” sözləri "məzmunu”
sözü ilə əvəz edilsin.
1.9. 13-cü maddə
üzrə:
1.9.1. 13.3.2-ci maddədə
"verilmiş” sözü
"təqdim olunmuş”
sözləri ilə əvəz edilsin;
1.9.2. 13.11-ci maddənin
birinci və ikinci cümlələrində
"daşıyıcılarında” və "daşıyıcısındakı”
sözləri "formada”
sözü ilə əvəz edilsin;
1.9.3. aşağıdakı
məzmunda 13.11-1-ci və
13.11-2-ci maddələr əlavə
edilsin:
"13.11-1. Dövlət
reyestri elektron formada "Elektron imza və elektron
sənəd haqqında”
Azərbaycan Respublikası
Qanununun tələblərinə
riayət edilməklə
aparılır. Kağız daşıyıcıda olan sənəd formasında təqdim olunmuş ərizələr
və hüquqların
dövlət qeydiyyatı
üçün digər
sənədlər elektron
formada aparılan dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanı tərəfindən
elektron təsvir formasına keçirilir.
13.11-2. Elektron formada aparılan dövlət reyestrində
aşağıdakılar təmin
olunmalıdır:
13.11-2.1. məlumatların
işlənməsinin lazımi
qaydasının gözlənməsi,
xüsusilə məlumatların
itirilməsinin qarşısının
alınması, məlumatların
qanunsuz əldə edilməsinin istisna edilməsi üçün
etibarlı müdafiə
sisteminin yaradılması
üzrə tədbirlər
görülməsi;
13.11-2.2. məlumatların
məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və
aydın şəkildə
oxunaqlı vəziyyətdə
saxlanılması;
13.11-2.3. məlumatların
daxil edilməsinin, dəyişdirilməsinin və
silinməsinin sübut
olunması mümkünlüyünün
təmin edilməsi;
13.11-2.4. hüquq
sahibinə daşınmaz
əmlakla bağlı
məlumatları dövlət
reyestrindən elektron informasiya sistemləri vasitəsilə əldə
etmək imkanının
yaradılması.”.
Maddə 2. Bu qanun qüvvəyə minənədək kağız
formada verilmiş çıxarış elektron
çıxarışa bərabər
tutulur. Kağız formada verilmiş
çıxarış itirildikdə,
məhv olduqda və ya yararsız
hala düşdükdə
hüquq sahibinə dublikatın əvəzində
elektron formada çıxarış təqdim
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 mart 2019-cu il
Azərbaycan.- 2019.- 6 aprel.-
S.3.