“Bakı-2015”dən
“Formula-1”dək...
Paytaxtımız daha
5 il planetin
sürət paytaxtı
olacaq
İdman ölkəsinə çevrilən
Azərbaycanda son illərdə
onlarla dünya və Avropa miqyaslı yarış keçirilib. Beynəlxalq idman federasiyalarının
qərarları ilə
ölkəmizdə təşkil
olunan hər bir turniri, idman
müsabiqəsini layiqincə
təşkil edən Azərbaycan hər dəfə tarixini möhtəşəm nailiyyətlə
zənginləşdirib.
Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb. Həm də
sübut olunub ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.
"Formula-1” yarışlarında
yüksək təşkilatçılıqla
nümunə göstərən
Azərbaycan daha 3 il, yəni
2023-cü ilədək dünyanın
ən güclü pilotlarını qarşılayacaq.
Bakı builki yarış da daxil olmaqla, daha 5 il
planetin sürət paytaxtı olacaq.
Yarışların Azərbaycan
standartı
Ümumiyyətlə, son dörd ilə nəzər yetirdikdə görürük ki, ən böyük idman hadisələrindən
biri, sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının
2015-ci ildə Bakıda
keçirilməsi idi. Ölkəmiz
2 ildən çox davam etdirilən yüksək səviyyəli
hazırlıq işlərindən
sonra Avropanın 50 ölkəsindən 6 mindən
çox idmançının
mübarizə apardığı
bu idman yarışını layiqincə
təşkil etməklə
tək özünün
deyil, "köhnə
qitə”nin idman tarixinə də möhürünü vurdu.
Çünki indiyədək yalnız
Avropa ölkələrinin
təmsil olunduğu bu cür möhtəşəm
idman yarışması
keçirilməmişdi.
Nümunəvi təşkilatçılığı, olduqca möhtəşəm
açılış və
bağlanış mərasimləri
ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun)
dünyanın əsas
idman hadisəsinə çevrildi.
21-i qızıl,
15-i gümüş və
20-si bürünc olmaqla
qazandığı 56 medalla
Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bir daha şahidi
olduq ki, ölkəmizdə həyata
keçirilən idman
siyasəti öz bəhrəsini verir.
Azərbaycan 2017-ci ildə də ənənəsinə sadiq
qaldı. Mayın 12-22-də paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. İslam dünyasının
idman həyatı üçün əlamətdar
olan "Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunları
çox böyük uğurla yekunlaşdı.
54 ölkədən 3000-dən çox idmançının
iştirak etdiyi yarışlarda Azərbaycan
atletləri 75-i qızıl,
50-si gümüş, 37-si bürünc
olmaqla 162 medal qazanaraq
birinci yeri tutdular. İslam dünyasının ən
nüfuzlu idman yarışında iştirak
edən atletlər, qonaqlar Azərbaycanla tanış oldular, ölkəmizin uğurlu inkişaf modelini növbəti dəfə gördülər.
Planetin bir nömrəli avtomobil yarışı
"Formula-1” yarışları
isə paytaxtımızda
2016-cı ildən keçirilməyə
başlanılıb. Həmin ildə
Avropa Qran-pri yarışlarının Bakı
mərhələsi adlandırılan
yarış iyunun
17-19-da təşkil olunmuşdu.
"Formula-1”in Bakı mərhələsində
tarixdə ilk dəfə
21 mərhələdən ibarət
yeni mövsümdə
11 komanda və 13 fərqli ölkədən
dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparıblar.
Möhtəşəm yarışda
dünya çempionu adını qazanmış
5 pilot iştirak etmişdi.
"Formula-1” üzrə
dünya çempionatı
birnəfərlik, açıq
təkərli avtomobillərin
yarışıdır. Yüksək statusa malik bu
yarışlarda sürücülər
pilot, avtomobillər isə
bolid adlanır. İl ərzində müxtəlif
ölkələrdə "F1” üzrə mərhələ
yarışları, başqa
sözlə, qran-prilər
təşkil olunur.
Dünyada geniş tamaşaçı
auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız yay olimpiya oyunlarından
və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət
həvəskarlarının maraq dairəsində olan "Formula-1” qran-priləri
ilk vaxtlar ancaq Avropa ölkələrində
keçirilsə də,
hazırda dünyanı
əhatə edir.
Yarışları FİA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə
cavabdehdir.
"Formula-1” üzrə
ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun
trekində təşkil
olunub. Britaniya kral ailəsinin
də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş
xəttinə birinci gələn "Alfa Romeo”nun
italiyalı pilotu Cüzeppe Nino Farina "F1” yarışının
ilk qalibi kimi tarixə düşüb.
Birincilik
uğrunda mübarizədə
onun əsas rəqibi komanda yoldaşı, argentinalı
Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio
bu məğlubiyyətin
əvəzini yetərincə
çıxıb. Belə ki,
o, karyerası ərzində
5 dəfə (1951-ci, 1954-cü, 1955-ci,
1956-cı və 1957-ci illərdə)
dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.
68 ölkədən
tamaşaçı yarışı
tribunalardan izləyib
2017-ci ilin
ən yaddaqalan idman turnirlərindən biri də iyunun
23-25-də Bakıda dünyanın
ən nüfuzlu avtomobil yarışlarından
olan "Formula-1” Azərbaycan
Qran-prisinin keçirilməsi
idi. Prezident İlham
Əliyevin yüksək
dəstəyi ilə ikinci dəfə baş tutan dünya çempionatının
8-ci mərhələsi olan
Azərbaycan Qran-prisində
ən məşhur 20
pilot 10 komandanın tərkibində
6 kilometr məsafədən
ibarət 51 dövrəlik
mərhələnin qalibi
uğrunda yarışdı.
Gərgin keçən mübarizə
sürət həvəskarlarının
böyük marağına
səbəb oldu.
500 milyondan artıq
tamaşaçı bu
yarışı izlədi.
57 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda
tribunalardan canlı olaraq yarışa baxdı.
Ötən il aprelin 27-29-da Bakı planetin bir nömrəli avtomobil yarışına
sayca 3-cü dəfə
evsahibliyi etdi. Bu dəfə Azərbaycan
Qran-prisində ən məşhur 20 pilot 10 komandanın
tərkibində yarışdı.
Gərgin keçən mübarizə
sürət həvəskarlarının
böyük marağına
səbəb oldu.
500 milyondan artıq
tamaşaçı kütləsinə
malik yarışı
68 ölkədən çoxlu
sayda azarkeş paytaxtımızda tribunalardan
izlədi.
Bakıdakı yenilik marağı bir qədər də artırıb
"Formula-1” yarışlarının
cari mövsümdə
4-cü mərhələsinə evsahibliyi edəcək Azərbaycan 3 il öncə dünya çempionatının Bakı
mərhələsində yenilik
tətbiq etmişdi.
Bu, sıralama
turları ilə bağlıdır. Əvvəlki qaydalara görə,
18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən
ən pis nəticə göstərən
6 pilot mübarizədən kənarlaşdırılırdı. 10
pilot isə 12 dəqiqəlik
üçüncü seansdakı
göstəricilərə görə
yarışa start verirdi.
Yeni qaydalarda isə seansın sonunda yox, hər 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə
tutulub. "Formula-1” mütəxəssislərinin rəyinə
görə, bu yenilik həyəcanı bir qədər də artırıb.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 6 aprel.- S.1; 7.