Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olub
Moskvada Azərbaycan və Rusiya
xarici işlər nazirlərinin görüşü olub
Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri
Şurasının iclasında iştirak edən Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə
ikitərəfli görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə
Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və
çoxşaxəli əməkdaşlığın yüksək
səviyyədə olduğundan məmnunluq ifadə edilib və
qarşılıqlı maraq doğuran məsələlərə
toxunulub.
Azərbaycan.-
2019.- 6 aprel.- S.5.