Türkiyəyə gedən qatara minik başlanır
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, "Cənub qaz dəhlizi” kimi layihələrin təşəbbüskarı, onların həyata keçirilməsində əsas söz sahibi ölkəmiz olmuşdur. Həmin layihələr sırasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun da özünəməxsus yeri var.
Bu layihə Prezident İlham Əliyevin qətiyyəti hesabına rallaşmışdır. Məlumdur ki, ABŞ və Avropa bankları layihəni maliyyələşdirməkdən imtina etdikləri üçün Azərbaycan Gürcüstan ərazisində görüləcək işlərin maliyyələşdirilməsini öz üzərinə götürmüşdür. Çünki layihənin reallaşması ilk növbədə Azərbaycan üçün siyasi və iqtisadi dividendlər demək idi. Bu addımla yeni layihənin reallaşmasında qarşıya çıxan ən böyük maneə dəf edilmiş oldu. Prezident İlham Əliyev BTQ-nin açılış mərasimindəki çıxışında demişdir: "Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk”.
Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin yaradılmasında əsas məqsəd Asiyadan Avropaya və geriyə yüklərin daşınması olsa da, həmin marşrutla sərnişin daşımaq da mümkündür. Artıq İsveçrənin "Stadler Rail Group” şirkəti tərəfindən istehsal edilən 10 vaqondan ibarət sərnişin qatarının xəttə buraxılması hazırdır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev aprelin 3-də Bakı Dəmir Yolu Vağzalında gətirilən həmin qatarlarla tanış olmuşdur.
Dövlət başçısına məlumat verilmişdir ki, qatarda 9 sərnişin vaqonu və bir restoran-vaqon var.
Vaqonlar "standart”,
"komfort”, "biznes”
və "restoran” olmaqla dörd kateqoriyadadır. Kateqoriyalardan asılı olaraq
vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə
246 yer nəzərdə
tutulub. Saatda 160 kilometr sürətlə
hərəkət etmək
imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da
döngələrdə vaqonun
tarazlığını tənzimləyir.
Vaqonlar dizel generator avadanlığı
ilə təmin olunub. Bu isə
lokomotivdə cərəyan
olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini
24 saat fasiləsiz elektrik enerjisi ilə təmin etməyə imkan verir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi dünyada yük daşınmasında
yeni imkan yaradıb. Bizim marşrutumuz yüklərin
həm maya dəyəri, həm də vaxtında mənzil başına çatdırılması baxımından
mövcud Süveyş
kanalı marşrutundan
sərfəlidir. Hazırda Asiyadan
Avropaya yüklərin
çox hissəsi dəniz yolu - Süveyş kanalı vasitəsilə daşınır.
Əvvəllər bu marşrutla
daşınan yüklərin
nəqliyyat xərcləri
baha başa gəldiyi üçün
istehsalçı və
alıcıların narazılığına
səbəb olurdu.
Odur ki, bir-biri ilə
ciddi rəqabət aparan gəmiçilik şirkətləri bu vəziyyətdən çıxmaq
üçün müvafiq
tədbirlər həyata
keçirməyə məcbur
oldular. Onlar daşınan malların
maya dəyərini aşağı salmaq üçün iritonnajlı,
daha sürətli gəmilərdən istifadə
etməyə başladılar.
Nəticədə yükdaşımaların maya dəyəri 3 dəfə aşağı
düşdü. Hazırda 21 min kilometr məsafəni 30-35
sutkaya qət etməklə bir konteyneri sifarişçilərə
850 dollara çatdırmaq
mümkündür. Bununla belə,
Bakı Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınması bütün
parametrlərə görə
yük göndərən
və yük qəbul edənlər üçün daha sərfəlidir.
BTQ-nin əhəmiyyətini onun texniki imkanları da göstərir. Hazırda Çindən
İngiltərə, Fransa,
Almaniya kimi ölkələrə yükdaşıma
müddəti təxminən
45-62 gündür. BTQ isə həmin yükləri 12-15 günə
Avropaya çatdırmaq
imkanına malikdir.
Bundan başqa, dəmiryolu ilə yüklərin daşınmasının maya
dəyəri də aşağıdır. Qeyd edilən
faktor, sözsüz ki, BTQ-yə marağın artmasını
təmin edir.
Xatırladaq ki, uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolunun 504 kilometri Azərbaycan ərazisindən
keçir. Avropanı Asiya ilə
birləşdirən ən
qısa və etibarlı marşrut olan bu yol
vasitəsilə birinci
mərhələdə 5 milyon,
ikinci mərhələdə
17 milyon ton, sonra isə daha böyük
həcmdə yüklərin
daşınması nəzərdə
tutulub. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin
önəmli hissəsidir.
Yeni marşrut yolboyu yerləşən ölkələr
arasında ticarət dövriyyəsi və qarşılıqlı sərmayə
qoyuluşunu artırmağa,
əməkdaşlığı genişləndirməyə imkan
verir. Bu yol həm də
sabitliyə və təhlükəsizliyə xidmət
edir. BTQ-nin ölkəmizin geosiyasi əhəmiyyətini
artırmasını və
bizə əlavə imkanlar yaratdığını
da unutmaq olmaz.
Rüstəm KAMAL
Azərbaycan.-
2019.- 7 aprel.- S.1.