“Azərbaycan
Respublikasında dövlət dili haqqında” və “Reklam
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və
26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan
Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003, ¹ 1, maddə 2, ¹ 8, maddə 415; 2004, ¹
8, maddə 598; 2007, ¹ 11, maddə 1053; 2011, ¹ 6, maddə 483;
2017, ¹ 1, maddə 5) 7.1-1-ci maddəsinin üçüncü
cümləsində "müvafiq icra hakimiyyəti orqanı”
sözləri "müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz
edilsin.
Maddə 2. "Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 812; 2016, ¹ 11, maddə 1755,
¹ 12, maddə 1996; 2017, ¹ 3, maddə 334, ¹ 5, maddələr 675,
748, ¹ 6, maddə 1029, ¹ 7, maddə 1307, ¹ 12 (I kitab), maddə
2230; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli
1412-VQD nömrəli Qanunu) 4.7-ci maddəsinin
dördüncü cümləsində "müvafiq icra
hakimiyyəti orqanı” sözləri "müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum)” sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 fevral 2019-cu il
Azərbaycan.
- 2019.- 7 aprel.- S.2.