“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab, maddələr 676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56, ¹ 3, maddə 160, ¹ 7, maddə 519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə 485, ¹ 10, maddə 840, ¹ 11, maddə 939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə 985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr 508, 518, ¹ 7, maddə 646, ¹ 10, maddə 947, ¹ 12, maddələr 1216, 1227, 1229; 2013, ¹ 3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, ¹ 12, maddələr 1485, 1504; 2014, ¹ 1, maddə 6, ¹ 5, maddə 468, ¹ 6, maddələr 603, 605, ¹ 7, maddələr 774, 780, ¹ 11, maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432; 2016, ¹ 1, maddələr 15, 36, ¹ 4, maddə 630, ¹ 5, maddə 849, ¹ 6, maddə 1014, ¹ 10, maddə 1605, ¹ 11, maddələr 1753, 1776, 1780, 1790, ¹ 12, maddələr 2006, 2051; 2017, ¹ 3, maddələr 337, 341, ¹ 5, maddə 742, ¹ 6, maddə 1028, ¹ 7, maddə 1308, ¹ 8, maddə 1506, ¹ 12, I kitab, maddə 2265; 2018, ¹ 3, maddə 405, ¹ 4, maddələr 639, 647, ¹ 6, maddələr 1186, 1194; ¹ 7, I kitab, maddələr 1415, 1444, ¹ 8, maddə 1675; Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1345-VQD nömrəli 28 dekabr tarixli 1434-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"18.11. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi dərc olunması ilə bağlı:

18.11.1. ixtira üçün - 20 manat;

18.11.2. faydalı model üçün - 15 manat;

18.11.3. sənaye nümunəsi üçün - 15 manat;

18.11.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün - 1 manat.”.

2. Aşağıdakı məzmunda 18.11-1 - 18.11-9-cu maddələr əlavə edilsin:

"18.11-1. Patentin dublikatının patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün - 10 manat.

18.11-2. Verilmiş patentlərə dəyişiklik edilməsi üçün - 7 manat.

18.11-3. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün:

18.11-3.1. bir ədəd ixtira, bir ədəd faydalı model bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün - 15 manat;

18.11-3.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün - 25 manat;

18.11-3.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər iddia sənədi üçün) - 10 manat;

18.11-3.4. ixtira, faydalı model sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) - 10 manat.

18.11-4. Qeydə alınması, məlumatın dərci şəhadətnamənin verilməsi üçün:

18.11-4.1. əmtəə nişanı üçün - 45 manat;

18.11-4.2. coğrafi göstərici üçün - 30 manat;

18.11-4.3. kollektiv nişan üçün - 60 manat.

18.11-5. Reyestrdə şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün - 25 manat.

18.11-6. Əmtəə nişanı coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün - 10 manat.

18.11-7. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:

18.11-7.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün - 35 manat;

18.11-7.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) - 20 manat;

18.11-7.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat;

18.11-7.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) - 50 manat.

18.11-8. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün - 10 manat.”.

18.11-9. Apelyasiya şurasına etirazla müraciət edilməsi:

18.11-9.1. ixtira, faydalı model sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı - 10 manat;

18.11-9.2. ixtira, faydalı model sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı - 6 manat;

t.”.

3. 18.34-cü maddədə "komissiyasınasözü "şurasınasözü ilə əvəz edilsin;

4. 18.48-ci maddə aşağıdakı redaksiyada verilsin:

"18.48. Attestasiya komissiyasının qərarına görə Apelyasiya şurasına etiraz vermək üçün - 30 manat.”.

5. 18.54-cü maddə ləğv edilsin.

6. 19-cu maddə üzrə:

6.1. adından "Əmtəə nişanının qeydə alınması ilə bağlı hüquqi hərəkətlər, habeləsözləri çıxarılsın "icazələrinsözü "İcazələrinsözü ilə əvəz edilsin;

6.2. 19.1-ci maddə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il

 

Azərbaycan.- 2019.- 7 aprel.- S.2.