“Patent haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Patent haqqında”
Azərbaycan Respublikası
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
414; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 2, maddə 64; 2009, ¹ 12, maddə
951; 2012, ¹ 7, maddə 644; 2013, ¹ 3, maddə 211, ¹ 12, maddə
1481; 2018, ¹ 4, maddə 635; Azərbaycan
Respublikasının 28 dekabr
2018-ci il tarixli 1412-VQD
nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1. 4.2-ci maddə ləğv edilsin.
2. 29-cu maddənin
6-cı hissəsində və
38-ci maddənin 1-ci hissəsində
ismin müvafiq hallarında "rüsum”
sözü ismin müvafiq hallarında
"dövlət rüsumu”
sözləri ilə əvəz edilsin.
3. 32-ci maddənin
1-ci hissəsinin birinci
abzasında, 4-cü hissəsində,
35-ci maddənin 2-ci hissəsinin
ikinci abzasında ismin müvafiq hallarında "haqq” sözü ismin müvafiq hallarında
"dövlət rüsumu”
sözləri ilə əvəz edilsin.
4. 39.2-ci maddəyə
"xidmətlərə” sözündən
sonra "və həmin xidmətlərlə
əlaqədar siyahısı
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilən digər xidmətlərə” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 7 aprel.- S.2.