“Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. "Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında” Azərbaycan
Respublikası Qanununun
35.2-ci maddəsinə uyğun
olaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin həmin Qanunda nəzərdə tutulan xidmətlərlə əlaqədar
haqq ödənilməklə
həyata keçirəcəyi
digər xidmətlərin
siyahısını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
bir ay müddətində
müəyyən etsin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
"Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında” Azərbaycan
Respublikası Qanununun
35.2-ci maddəsində ikinci
halda nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin
qanunun 35.2-ci maddəsində
"orqan” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 aprel 2019-cu il
Azərbaycan.- 2019.-7 aprel.-
S.2.