“Patent haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Patent haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Patent haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. "Patent haqqında”
Azərbaycan Respublikası
Qanununun 39.2-ci maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası
Əqli Mülkiyyət
Agentliyinin həmin qanunda nəzərdə tutulan xidmətlərlə
əlaqədar haqq ödənilməklə həyata
keçirəcəyi digər
xidmətlərin siyahısını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla bir
ay müddətində müəyyən
etsin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
"Patent haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Patent haqqında”
Azərbaycan Respublikası
Qanununun 39.2-ci maddəsində
ikinci halda nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin
qanunun 39.2-ci maddəsində
"orqan” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Patent haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 aprel 2019-cu il
Azərbaycan.- 2019.-7 aprel.- S.2.