Duyğuların rənglə ifadəsi...

 

Rəşad Mehdiyev: "Hələ heç bir sənətkar özünün sənət zirvəsinə yüksəldiyini düşünmür

 

Açılmamış sənət sirri...

 

Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətlər var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə cızırlar. Musiqi kimi, rəsm duyğuların cilalanmış həm portreti, həm mənzərəsidir.

Foto sənəti meydana gəlməmişdən rəssamlıq artıq məişətdən cəmiyyətə keçərək insanların xarakterini, təbiətin füsunkarlığını əks etdirirdi. Leonardo da Vinçi, Mikelancelo, Botçelli, Rembrandt, Buonarroti, Rubens bu kimi klassiklərin yaratdıqları sənət nümunələri təkcə təmsil etdikləri xalqın deyil, dünya mədəniyyətinin nadir inciləri hesab edilir.

Azərbaycan rəssamlıq məktəbinin klassiklərinin bu sənətin zirvəsini kəhkəşana döndərmələri barədə çoxsaylı dəyərli fikirlər var. Dünya incəsənətinə töhfələr vermiş rəssamlarımızın adları da əsərləri kimi uzunömürlüdür. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələr vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Hüseyn Əliyev bu kimi klassiklərin yaratdıqları məktəb bu gün layiqli davamçılarını hazırlayır. Belə davamçılardan biri peşəkar rəssam ailəsində dünyaya göz açmış, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin baş müəllimi Rəşad Mehdiyevdir.

Rəssamın emalatxanasında, sözün əsl mənasında, özünü fantastik bir dünyada hiss edirsən. Burada duyğuların hələ açılmamış sirləri var, dərin məna məzmun kəsb edən, tamaşaçılarını heyran qoyan tablolar da. Rənglər gah kələf kimi dolaşır, gah da qaynayıb-qarışaraq palitrada min çalarlı əlvan bir dünya yaradır.

"Rəşad Mehdiyev sənət aləmində imzasını təsdiqləyən sənətkardır. Lakin o deyir ki, hələ bu yolun başlanğıcındadır”. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, "Şöhrətordenli xalq rəssamı Ömər Eldarovun fikrincə, digər sənətlərdən fərqli olaraq, rəssamlıq dərya kimidir, dərinliklərə baş vurduqca axtardığın inciləri tapırsan: "Lakin inanmıram hansısa müəllif desin ki, o, istədiyi obrazı yaradıb. Əgər doğrudan da sənətkar arzuladığı obrazı yaradıbsa, demək, artıq o, tükənib. Bundan sonra onun sənətdə hansısa uğur qazanması mümkün deyil”.

 

"Sadəlizm”dən modernizmədək

 

Sənəti ilə dünyanı dolaşan rəssamlardan biri kimi tanınan Rəşad Mehdiyev əlinə fırça alıb ilk rəsmi çəkəndə orta məktəbin 6-cı siniflərində oxuyurdu. Atası, xalq rəssamı Rafiq Mehdiyevin onun bu sənətə gəlişində böyük rolu olub. Bəzi sənətkarlardan fərqli olaraq, Rəşad müəllim bunu səmimi etiraf edir: "Mənim rəssam ən əsası, bir insan kimi yetişməyimdə atamın rolu böyük olub. O, mənə vizual sənətin incilərini, rəssamlıqda peşəkar düşüncə formalarını, incəsənət tarixinin faktorları təhlilini aşılayıb. Uşaqlığımda dediyi sözləri daim xatırlayıram: "Sənət çox zərifdir, çalışmasan, yaratmasan, o, səni bağışlamayacaq. Ona görə çalışmışam ki, hər eskizin bədii sənət əsərinə çevrilməsində həmin faktordan bəhrələnim”.

Əsərlərinin əsasən abstrakt xarakterli olması onu digər həmkarlarından fərqləndirir. Deyir ki, abstrakt bir cərəyandır. Avropa bunu belə adlandırır. Modernizmin bir forması kimi qeyri-adi düşüncədən yaranır. Bu təfəkkür özündə digərini aşkar edir: mövzu mövzunu gətirir. Onların hər biri ayrı-ayrılıqda müstəqil mövzu olsa da, birləşdirildikdə yeni bir qədər dərin məzmunlu, əlavə müasir əsər meydana gəlir. Bu gün Avropa məhz bu cərəyana daha çox üstünlük verir.

Ötən əsrn 90-cı illərində respublikada ilk müstəqil dərgilərin qaranquşuna çevrilən "Gənclikjurnalının üz qabığında verilmiş bir əsəri Rəşad Mehdiyevi oxuculara sevdirdi. Təmtəraqdan, reklamdan tamamilə uzaq, sakit bir guşədə - rənglər dünyasında olmaqdan daha çox zövq alan rahatlıq tapan rəssam emalatxanada uzun müddət işləməyin çətinliyini təbiətlə təmasın ona verdiyini gizlətmir.

Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna qəbul olmaq istəyəndə gənc Rəşad artıq bu sahənin bir çox peşəkarlarını tanıyırdı. Rəssam ailəsində böyüməsi onun rənglər dünyasına vurğunluğunu artırırdı. Texnikumu bitirdikdən sonra o, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirmək qərarına gəlir. Rəssamlığın daha dərin qatlarına baş vurmaq, dünya klassiklərini öyrənmək bəhrələnmək üçün 1991-ci ildə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinə daxil olub.

Rəssamlığın incəliklərinə qədər bələdçilik onu bir çox həmkarlarından fərqləndirdi. O, bir-birinin ardınca bir sıra beynəlxalq sərgilərin iştirakçısı oldu laureatına çevrildi. 1996-cı ildən Rəssamlıq Akademiyasının baş müəllimi kimi bu sənətin incəliklərini tələbələri ilə bölüşür. Əsərləri Amerika, Asiya Avropanın bir sıra nüfuzlu ölkələrinin şəxsi kolleksiyalarında saxlanılır.

 

O, yeganə azərbaycanlı rəssamdır ki...

 

Rəşad Mehdiyev yeganə azərbaycanlı rəssamdır ki, 2006-cı ildə BMT-nin Avropa ofisində (Vyanada) fərdi sərgisi keçirilib. O, həmin tədbiri daim xoş əhvali-ruhiyyə ilə xatırlayır, çünki vətəni layiqincə təmsil etməkdən böyük qürur şərəf duyur: "Bu sərgini Azərbaycanın Mədəniyyət Turizm, Xarici İşlər nazirlikləri ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil etmişdi. Sərginin böyük maraq doğurmasına gəlincə, görünür, avropalılara təqdim olunan əsərlərin müəllifinin azərbaycanlı olması idi”.

Rəssamın dəyərli əsərlərindən biri "Çanaqqalanın göz yaşları”dır ki, 2002-ci ildə Türkiyənin Çanaqqala şəhərində TÜRKSOY beynəlxaq təşkilatının keçirdiyi müsabiqənin laureatı adını qazanıb.

Əsərləri dünyanı dolaşan (Amerika, Avropa Asiyanın bir sıra mədəniyyət mərkəzlərində açılan sərgilərdə onun da əl işləri özünə çoxsaylı pərəstişkar toplayıb) Rəşad Mehdiyev öz fərdi yaradıcılığından söz açmaqdan çox rəssamlığın böyük sənət məktəbi olmasını hansı cərəyanın onun fəaliyyətinə müsbət təsiri barədə təfsilatı ilə danışmaqdan sanki zövq alır.

Hər hansı əsərin yaranmasında ilham qaynağı vacib amil hesab olunur. Həmsöhbətimiz deyir ki, rəssamın düşüncə tərzini inkişaf etdirən çox hallarda məhz ilham qaynağı olur. Lakin işləmə texnikası da şərt kimi qəbul edilir. Rənglərin palitrada qarışdırılması belə rəssam üçün ilham pərisinə çevrilə bilər. Bu, baxır onun sənətə vurğunluq dərəcəsinə.

 

Əsərlərinə ad qoymağı sevməyən sənətkar

 

Əsərlərinin içərisində qadın obrazlarının çoxluğunu isə sənətkar başqa bir amillə əsaslandırır. Qadın yaradıcı olduğu üçün bütün digər varlıqlardan öndə başda dayanır. Ana, qadın bəşəriyyətin yaradıcılıq simvolu olduğundan ona məhəbbət tükənməzdir. Buna görə qadın hər bir əsərin baş qəhrəmanı olmalıdır.

Rəşad Mehdiyevin əsərləri daim yüksək qiymətə layiq görülüb. 1991, 1994, 1996 2000-ci illərdə Bakıda, 1995-ci ildə Sankt-Peterburqda, 2002-ci ildə Vyanada 2, 2006-cı ildə isə 3 dəfə sərgisi keçirilən Rəşad Mehdiyev əsərlərinə ad qoymağı sevmir. Hər kəs öz duyumu ilə ona müxtəlif adlar verir. Bu isə onu sevindirir: "...Demək, əsər hər kəsə öz duyumunun ölçüsünü göstərir”, təsəllisini ən yüksək qiymət hesab edir. Onun "Tərəzi”, "Dairə”, "Sufi”, "Leyla”, "Vaqif Gərayzadə”, "Ağac”, "İlanlarla rəqsadlı əsərləri bir daha təsdiqləyir ki, rəssamın mövzusu ilə adı bir-birini tamamlayır. Simvolluğu daha çox sevib onlardan istifadə edən Rəşad Mehdiyev bunun da rəmzi məna daşıdığının fərqindədir.

Paytaxt Bakıdakı məşhur "Rəssamlar binası”nın beşinci mərtəbəsində yerləşən emalatxanalarda o gün neçə-neçə əsər üzərində fırçalar sığal çəkdi, rəng rəngə qovuşdu. Rəşad Mehdiyevin emalatxanasında isə o gün təkcə rəssamlığın qeyri-adiliyindən deyil, həmçinin incəsənətin fəlsəfəsindən söz açıldı. Söz sözü çəkdi, göz-gözü. Duyğularını göy qurşağının rəngləri boyamışdı. Bu rənglər dünyasının palitrasından həzin muğam, təsnif, eləcə Avropanın hansısa musiqi janrı çərçivəsinə sığmayan melodiya da duymaq olurdu. Demə, rənglərin öz səsi, öz nəğməsi var imiş...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2019.- 7 aprel.- S.7.